Elmi işçi Hafizə İmanova Bakı Gənclər Simulyasiya Konfransında iştirak etmişdir

Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova 29-30 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən WUF 13 hazırlıq çərçivəsində Bakı Gənclər Simulasiyası Konfransında iştirak etmişdir. 29 aprel tarixində Bakı Konqres Mərkəzində BMT-nin ilk simulasiya konfransı keçirilmişdir. 30 aprel tarixində isə Azərbaycan Fransız Universitetində keçirilmişdir. Hafizə İmanova Simulyasiya layihəsinə uyğun olaraq Albaniyanın nümayəndəsi seçilərək Albaniyanın iqlim dəyişmələri və ekoloji davamlılığının şəhərsalmaya təsirləri və post-konflikt dövründə şəhərsalma və infrastrukturunun inkişafı yolundakı maneələri və perspektivləri təhlil etmişdir. Hər seçilən nümayəndənin hazırladığı təkliflər simulyasiya qaydalarına uyğun olaraq yekun qətnamə olaraq qəbul edilmişdir. 2 günlük konfrans sertifikatla yekunlaşmışdır.


