Təhminə Ağakişiyevanın məqaləsi «AVROPA ELMİ VƏ İNNOVASİYA KONQRESİ» jurnalında nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun ”Estetika” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Təhminə Ağakişiyevanın məqaləsi "AVROPA ELMİ VƏ İNNOVASİYA KONQRESİ" IV Beynəlxalq Elmi və Praktik Konfransın Materiallarında (АЗЕРБАЙДЖАН, СТРАНА – ЛИДЕР, ФОРМИРУЮЩИЙ ГЛОБАЛЬНУЮ ПОВЕСТКУ БУДУЩЕГО) (Barselona, İspaniya 9-11 Mart 2026) çap olunub və sertifikatla təltif edilmişdir.
Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq” İli elan etməsi Azərbaycanın uzun müddətli inkişaf strategiyasının məntiqi davamı, güclü dövlət və inkişaf etmiş cəmiyyət quruculuğunun mühüm mərhələsidir. Məqalədə, Azərbaycanda əsrlər boyu memarlıq və şəhərsalma sahələrinin inkişafı qısa şəkildə işıqlandırılır. Tədqiqatda, ölkəmizin memarlığının əhəmiyyətli uğurlar qazandığını və dinamik şəkildə Beynəlxalq Memarlıq aləminə unteqrasiya olunması məhsusi olaraq vurğulanılır. Araşdırmada, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri şəhərsalmanın innovativ aspektlərini ön plana çıxarılması məxsusi yer tutur. 2026-cı ilin “Şəhərsalma və Memarlıq” İli elan olunması bu modelin ölkə miqyasında dərinləşdirilməsinə xidmət edəcək". WUF (World Urban Forum) Azərbaycanın azad olunmuş ərazilərdə formalaşdırdığı yeni şəhərsalma modelini beynəlxalq ictimaiyyətə təqdim etmək, təcrübə mübadiləsi aparmaq və ölkəmizin bu sahədə regional lider kimi mövqeyini daha da gücləndirmək baxımından önəmli platforma olacaq. şğaldan azad edilmiş torpaqlarda yeni şəhər, qəsəbə və kəndlərin salınması sadəcə dağıdılmış ərazilərin bərpası demək deyil. Bu proses insanların doğma yurdlarına qayıdışı, normal həyat şəraitinin yaradılması və gələcəyə inamın möhkəmləndirilməsi məqsədi daşıyır. Bir sözlə, şəhərsalma və memarlıq dövlətin inkişaf səviyyəsinin, idarəetmə keyfiyyətinin və vətəndaşa münasibətinin əsas göstəricisidir.


