20.04.2026, 11:04 - Baxış sayı: 45

Dövlət müstəqilliyinin bərpa edilməsinin 35 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib


Konfrans öz işini s.e.d., dos. Ramilə Dadaşovanın, p.ü.f.d., dos. Südabə Hüseynovanın, s.e.ü.f.d. Samirə Həbibbəylinin, f.ü.f.d., dos. Təzəgül Qasımovanın, f.ü.f.d., dos. Şölət Zeynalovun sədrliyi altında bölmə iclaslarında davam etdirib. 

Azərbaycan Respublikasının inkişaf yolunun siyasi-nəzəri, fəlsəfi, sosioloji və ideoloji əsasları; Müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinə konseptual baxış; Vətən müharibəsində Zəfəri şərtləndirən amillər və suverenliyə aparan yol xəritəsi; Müasir Azərbaycanın “yumşaq güc” siyasəti: mədəni, ictimai və gender komponentləri; Azərbaycan Respublikasının süni intellekt strategiyası və elmi inkişaf istiqamətləri; Azərbaycanın siyasətində dialoq və çoxpartiyalılıq adlı bölmə iclaslarında s.e.d., dos. Ramilə Dadaşovanın “ABŞ, İsrail-İran müharibəsi: Cənubi Qafqaza təsirlər”, p.ü.f.d., dos. Südabə Hüseynovanın “Rəqəmsal-intellektual mühitdə erməni terrorizminin sosial-psixoloji manipulyasiya vasitəsi kimi təhlili”, s.e.ü.f.d. Samirə Həbibbəylinin “Yeni geosiyasi reallıqlar şəraitində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji arxitekturasının formalaşmasında Azərbaycanın rolu”, f.ü.f.d.. dos. Təzəgül Qasımovanın “Siyasi dialoq və vətəndaş cəmiyyəti institutları: Azərbaycan təcrübəsinin müqayisəli və sosioloji təhlili”, f.ü.f.d.. dos. Əli İbrahimovun “Vətən müharibəsində qələbəni şərtləndirən insan amilinə siyasi konfiqurasiyadan baxış”, i.ü.f.d., dos. Liliya Mirzəzadənin Azərbaycan suverenliyinin yol xəritəsinin siyasi və nəzəri əsasları, f.ü.f.d.. dos. Radif Mustafayevin “II Qarabağ zəfəri milli birlik, dahi strategiya və taktikanın vəhdəti kimi”, Vüsalə Gülmalıyevanın “Yumşaq gücün konseptual əsasları və tətbiqi: Azərbaycan nümunəsində” və s. məruzələr dinlənilib və geniş müzakirə edilib.

Bölmələrdə müvafiq sahənin tanınmış elm adamları, gənc alimlər, doktorantlar, magistr və tələbələr iştirak ediblər.