13.04.2026, 12:49 - Baxış sayı: 73

“Süni intellekt fəlsəfəsi və tarixi-mədəni epistemoloji yanaşma” adlı monoqrafiyaya elmi resenziya hazırlanmışdır


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun «Etika» şöbəsinin aparıcı elmi işçisi Samirə Dadaşova tərəfindən İlham Məmmədzadə və Arif Buniyatovun “Süni intellekt fəlsəfəsi və tarixi-mədəni epistemoloji yanaşma” (Bakı, 2025, 208 s.) adlı monoqrafiyasına dair elmi resenziya hazırlanmışdır. Resenziyada qeyd olunur ki, əsərdə dil, məntiq və dəyərlərin qarşılıqlı təsiri xüsusi diqqət mərkəzində saxlanılır; məhz bu vasitələrlə mədəniyyət süni intellektin mahiyyəti və onun sosial-koqnitiv reallıqda yeri haqqında təsəvvür formalaşdırır. Müəlliflərin irəli sürdüyü tarixi-mədəni epistemoloji yanaşma süni intellekti yalnız metodoloji fenomen kimi deyil, daha geniş mədəni-tarixi kontekstdə şərh etməyə imkan verir. Bununla yanaşı, bu yanaşma müasir texnoloji inkişaf mərhələsinin spesifikasını müəyyənləşdirir, müxtəlif fəlsəfi ənənə və ideologiyaların vəhdətini üzə çıxarır. Eyni zamanda vurğulanır ki, əsərin adı fəlsəfənin aktuallığına da işarə edir; fəlsəfə burada zamanüstü bir sahə kimi çıxış edərək müxtəlif tarixi dövrlərin mənalarını aydınlaşdırmaq imkanına malikdir.

https://pq.iphras.ru/article/view/12109

Voprosy Filosofii - Resenziya-1.pdf [337.11 Kb] (Downloads: 5)