Xaqani Şirvani Azərbaycanın ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent “Xaqani Şirvani Azərbaycan ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır” adlı Əfzələddin Xaqani Şirvaninin, Prezident İlham Əliyevin 900 illik yubileyinin qeyd edilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə Sərəncamı onun irsinə dövlət səviyyəsində yüksək qiymət verildiyini və ulu Heydər Əliyev irsi kontekstində klassik mədəniyyətin təbliğ edildiyindən bəhs edib. Bildirib ki, Dahi lider Heydər Əliyev Əfzələddin Xaqani Şirvanini xalqın bədii-fəlsəfi təfəkkürünü formalaşdıran şairlərdən biri kimi yüksək qiymətləndirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası böyük Azərbaycan şairi Xaqani Şirvaninin yaradıcılığına xüsusi önəm verərək, buna dair silsilə tədbirlər keçirməkdədir. Dosent qeyd edir ki, Xaqani Şirvaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Şairin ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir. Xaqani Şirvani "Gənclərə nəsihət" şeiri və digər əsərləri ilə gəncləri elmli, əxlaqlı, dürüst olmağa, zəhmətlə yaşamağa və dövlətli, çağırıb. O, gəncləri mənfi təsirlərdən qorunmağa və həyatın çətinliklərinə hazır olmağa səsləmişdir.-deyə G. Məlikli vurğulayıb.

