06.04.2026, 15:14 - Baxış sayı: 32

Professor Adil Əsədov Mədəniyyt TV-nin qonağı olmuşdur


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov Mədəniyyət kanalında yayımlanan Başqa söhbət verilişinin qonağı olmuşdur. Dəyərlər mövzusu üzrə aparılan söhbətdə Adil Əsədov vurğulamışdır ki, biz öz milli dəyərlərimizə son dərəcə hörmətlə yanaşmaqla birlikdə, digər xalqların dəyərlərinə də hörmətlə yanaşmalı və digər xalqlardan bizim inkişafımıza yardım edə biləcək xüsusiyyətləri götürməyi bacarmalıyıq. Odur ki, biz nə Şərq dəyərlərinin, nə də Qərb dəyərlərinin aludəçisi olmamalıyıq. Digər xalqların yaratdıqları dəyərlər içərisində xüsusən elmi dəyərləri daha aktiv surətdə mənimsəməliyik.

Verilişi BURADAN izləyə bilərsiniz.