Elm Gününə həsr olunmuş “Elmin fəlsəfəsi və süni intellekt” mövzusunda dəyirmi masa keçirilib
Apreln 3-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Elm Gününə həsr olunmuş “Elmin fəlsəfəsi və süni intellekt” mövzusunda Dəyirmi masa keçirilib. Tədbir AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., prof. İlham Məmmədzadənin Elm Gününə həsr olunmuş “Elmin fəlsəfəsi və süni intellekt” mövzusunda giriş nitqi ilə başlayıb.
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran professor dövlət başçısının daim Azərbaycan elminə, Milli Elmlər Akademiyasına qayğı göstərdiyini, elm xadimlərinin təkliflərinə diqqətlə yanaşdığını vurğulayıb. O, bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib. Məhz bu zərurətdən irəli gələrək bugünkü Dəyirmi masa Elm gününə “Elmin fəlsəfəsi və süni intellekt ” mövzusundadır.
Süni intellekt elmin fəlsəfəsini, elmi biliklərinin mahiyyətini, metodlarını və doğruluğunu araşdıran sahədir. Həyatın bütün sahələrini, xüsusilə də elmi fəaliyyəti əhatə edir. AMEA-nın bütün institutları fəaliyyətlərini müasir texnoloji tələblər əsasında qurmağa səy göstərirlər. Süni intellekt kompüterlərin insan kimi düşünmə, öyrənmə və qərar vermə qabiliyyətinə malik sistemlər yaratmaq üçün inkişaf etdirilmiş texnologiyadır. Süni intellekt texnologiyası elm dünyasında yeni bir imkanlar açır. Elmin fəlsəfəsi isə biliklərin necə yarandığını, onların doğruluğunun necə yoxlandığını və elmi metodların əsas prinsiplərini araşdırır. Bu iki sahə bir araya gəldikdə, elmi tədqiqatlar daha sürətli və effektiv olur. Professor süni intellektin elmin inkişafını dəstəklədiyini, biliklərin sürətlə artırılmasına imkan yaratdığını lakin insanın analitik və etik qabiliyyətlərini tam əvəz etməyin mümkün olmadığını, gələcəkdə isə bu iki sahənin qarşılıqlı təsiri elmin yeni imkanlarını ortaya qoyacağını qeyd edib.
Tədbirdə f.e.d., professor Əli Abasov “Süni intellekt elmin inkişafında yeni mərhələ kimi”, f.e.d., professor Adil Əsədov “Elmi təfəkkürün iki istiqaməti və süni intellekt”, f.e.d. Füzuli Qurbanov “Müasir elmin fəlsəfəsində süni intellektin koqnitiv rolu”, f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov “Rəqəmsal inkişaf və yeni təhlükəsizlik problemləri”, aparıcı elmi işçi, f.ü.f.d. Samirə Dadaşova “Müasir elmin fəlsəfəsi və süni intellekt”, f.ü.f.d., dosent Şölət Zeynalov “Süni intellekt və ideologiya problemi”, mövzularında çıxışlar edərək öz fikirlərini bildiriblər.
Sonda f.e.d., professor Əbülhəsən Abbasov, f.e.d. Qorxmaz Vəliyev və başqaları məruzələr ətrafında müzakirələr aparıb, onların sualları cavablandırılıb.









