İnstitutun əməkdaşları mükafatlandırılıb
AMEA RH-nin 07 iyul 2025-ci il tarixli 15/9 nömrəli qərarına uyğun olaraq, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 3 əməkdaşı 2025-ci ilin ikinci yarısı üzrə Web of Science və Scopus bazalarında indekslənən jurnallarda dərc olunmuş məqalələrinə görə mükafatlandırılmışdır.
1. Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor Məmmədzadə İlham Ramiz oğlu və “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli
“О философии социологии в Азербайджане” // (“Azərbaycanda sosiologiya fəlsəfəsi haqqında”) // Вопросы Философии” // № 11, стр.212–222,2025, DOI: https://doi.org/10.21146/0042-8744-2025-11-212-222// Scopus
2. “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmləri üzrə fəlsəfə doktoru, dosent Əliyev Zaur Bilal oğlu
- Democratic Republic of Azerbaijan and the cession of Yerevan to Armenia: political and legal process of 1918”// “Azərbaycan Demokratik Respublikası və İrəvanın Ermənistana verilməsi: 1918-ci ilin siyasi və hüquqi prosesi// Universidad y Sociedad// №17(5),2025, WoS https://rus.ucf.edu.cu/index.php/rus/article/view/5400 c WEb of Science
3. “Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar” şöbəsinin kiçik elmi işçi, Zalova-Nuriyeva Ülkər
“Adaptation of the Children and Adolescents Psychological Distress Scale to Azerbaijani: Exploring its Relationship with Psychological Distress, Wellbeing, and Life Satisfaction” // “Uşaq və Yeniyetmələrin Psixoloji Gərginlik Şkalasının Azərbaycan dilinə adaptasiyası: Psixoloji gərginlik, rifah və həyat məmnuniyyəti ilə əlaqəsinin araşdırılması”// Journal of Education Culture and Society, Polşa//№16(1), 2025, p. 599–613. (Q1)// https://doi.org/10.15503/jecs2025.2.599.613// Scopus

