“Elm insan mədəniyyətinin tərkib hissəsi, insan sivilizasiyasının əsas nailiyyətidir”
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial Psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Elm insan mədəniyyətinin tərkib hissəsi, insan sivilizasiyasının əsas nailiyyətidir” adlı məqaləsində ulu öndər Heydər Əliyevin Akademiyanın aparıcı alimləri ilə görüşünü vurğulayıb. Müasir elmin inkişaf xüsusiyyətlərindən biri də onun sürətli inteqrasiyası və praktikaya tətbiq edilməsidindən, Azərbaycanda elm sahəsində gənclərin yaradıcı potensialını və onun iqtisadi, mədəni və mənəvi sorğularının təmin olunmasına yönəldilmiş innovasiya aspektlərini özündə əks etdirən gənclər siyasəti formalaşdırılmasından bəhs edib. Azərbaycan Respublikasında elm sahəsində inkişaf tərəqqinin əsas komponenti elmi tədqiqatlarda və innovativ həllərdə fəal iştirak edən gənclər olduğunu bildirib. Dosent, Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və mükəmməl, dərin məzmunlu nitqindən bəhs edib.

