Müqəddəs Ramazan və Novruz bayramı Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini milli-mənəvi varisliyin bariz nümunəsinə çevirmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Müqəddəs Ramazan və Novruz bayramı Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir” adlı məqaləsində Müqəddəs Ramazan və Novruz bayramı ilə əlaqədar Ulu öndər Heydər Əliyevin və cənab president İlham Əliyevin çəxışlarını qeyd etmişdir. Dosent bildirib ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır. Qeyd edib ki, Azərbaycanın qazandığı böyük uğurlar, dünya dövlətləri arasında özünə layiq yer tutması, iqtisadi tərəqqi, idman sahəsində qazandığımız nailiyyətlər, əhalinin rifah halının yaxşılaşması, gənclərə göstərilən böyük qayğı ölkə daxilində aparılan əzəmətli işlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin titanik zəhmətinin bəhrəsidir. Qazanılan bu böyük uğurlarda ölkənin birinci xanımı, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın da müstəsna xidmətləri olduğunu söyləyib.
Bu yurd, bu torpaq babalarımızdan bizlərə əmanətdir. İgidlərimizin qanıyla suvarılıb bu torpaq. Görülən əzəmətli işləriylə ölkə əhalisinin könlündə taxt-tac qurmuş İlham Heydər oğlu Əliyev məhz dahi şəxsiyyətdir. Bahar həm də yenilik, təzəlik, xeyir, bərəkət, çağlayış rəmzidir. Azərbaycan Milli Elmlər Akademiyasının hər bir alimi könlündəki bahar duyğusuyla sabahlara daha böyük inamla addımlayır.- deyə Məlikli G. vurğulayıb.

