04.03.2026, 12:26 - Baxış sayı: 21

Professor Rəna Mirzəzadə AR Milli Məclisində ictimai dinləmədə çıxış edib


Professor Rəna Mirzəzadə AR Milli Məclisində ictimai dinləmədə çıxış edib

Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynovanın rəhbərliyi və təşkilatçılığı ilə martın 4-də “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə ölkəmizdə 20 il əvvəl “Gender (kişi və qadınların) bərabərliyinin təminatı haqqında” Qanunun qəbul edildiyi, bu sahədə ötən illər ərzində bir çox işlərin görüldüyü, qanunvericiliyin zamanın tələblərinə uyğun təkmilləşdirildiyi bildirilib.

İctimai dinləmədə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə də iştirak edib. Rəna Mirzəzadə çıxış edərək AMEA-da Prezident cənab İlham Əliyevin gender siyasətinə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyət istiqamətinə uyğun olaraq həm elmi tədqiqat, həm də elmi-təşkilati sahədə işlər aparıldığını vurğulayıb. O, həmçinin AMEA prezidenti, akademik İsa Həbibbəylinin dövlət gender strategiyasına müvafiq elmi-ictimai yönlü tədbirlərə dəstək verməsini qeyd edib.

Sonda Rəna Mirzəzadə qanunvericiliyin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi və rəqəmsallaşma ilə bağlı bir sıra təkliflər də irəli sürüb.

meclis.gov.az