19.02.2026, 13:17 - Baxış sayı: 31

Dosent Təhminə Ağakişiyevanın məqaləsi «Academy» elmi jurnalında çapdan çıxmışdır


«Потенциал инновационных технологий в сфере реставрации эстетической ценности исторических и культурных объектов» adlı məqalə RF-nın«Academy» elmi jurnalında çapdan çıxmışdır // (РФ,г. Иваново,Изд.«Проблемы науки», No1(85) февраль 2026, c. 3-8.

Məqalədə tarixi və mədəni irsin estetik dəyərinin qorunmasında süni intellekt kimi mühüm yeni texnologiya olan alətlərdən aktiv istifadəsinin problemi və əsas üstünlükləri müzakirə olunur. İşin gedişində keçmişin əsərlərini qorumaq və populyarlaşdırmaq üçün süni intellekt elementlərindən istifadə zərurəti sübut olunur. Tədqiqatda dünya və milli miqyasmədəniyyət və incəsənət sahəsində yüksək texnologiyaların istifadəsinə dair konkret nümunələr təqdim edilir. Bundan əlavə, əsərin müəllifi süni intellektin nə vaxtsa insanı əvəz edibetməyəcəyi ilə bağlı mübahisələrin səngiməməsinə diqqəti yönəldir. Alimlərin apardığı tədqiqatın nəticələri yüz milyonlarla canlı işçinin süni intellektə əsaslanan sistemlərlə əvəzlənməsi barədə ümumi fikrə zidd gəlir. Bir sözlə, bəşər sivilizasiyasının tarixi və mədəni irsinin qorunmasında tarixiliyini və müxtəlifliyini anlamaq və qiymətləndirmək çox vacibdir. Bu baxımdan məqalənin müəllifi qeyd edir ki, gələcək nəsillər üçün tarixi və mədəni irsin estetik dəyərinin şah əsərlərinin qorunması həmişə aktual bir məsələolmalıdır, belə ki, dəyərlərin gələcək nəsillərə ötürülməsi mədəni kimliyin qorunmasına və möhkəmlənməsinə köməklik edir.

https://academicjournal.ru/images/PDF/2026/85/Academy-1-85-.pdf