05.01.2026, 15:18 - Baxış sayı: 29

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Alidə Zeynalova sertifikatlarla təltif olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Alidə Zeynalovanın cari ilin dekabr ayında ETHICAL ARCHITECTURE OF ALGORITHMS: FROM MACHINE RATIONALITY TO THE RESPONSIBILITY OF DIGITAL SYSTEMS (“Alqoritmlərin etik dizaynı: maşın rasionallığından rəqəmsal sistemlərin məsuliyyət modelinə doğru”) və THE HUMANITARIAN CONTEXT OF RAMIZ MAMMADZADEH’S LEGACY IN THE DEVELOPMENT OF PEDAGOGICAL METHODOLOGY (“Pedaqoji metodologiyanın inkişafında Ramiz Məmmədzadə irsinin humanitar kontekstdə təhlili”) adlı məqalələri impakt faktorlu (Ulrich39; Periodicals Directory,İndex Copernicus) beynəlxalq elmi jurnalda nəşr olunub və hər iki mövzu sertifikatla təltif olunub. Bundan başqa Zeynalova A. ETHICAL CONSIDERATIONS OF USING AI IN EDUCATIONAL ASSESSMENTS (“Təhsil qiymətləndirilmələrində Süni intellektdən istifadənin etik aspektləri”) adlı məqaləsinə görə bir çox beynəlxalq elmmetrik bazalarda indeksləşən (Scopus, Philosophers Index, Artsmp; Humanities Citation Index və s.) “Metaphilosophy” jurnalının redaksiya heyətinə rəyçi qismində əməkdaşlığa dəvət olunub. Həmçinin, onun "САМОАНАЛИЗ В ФИЛОСОФИИ В ЭПОХУ ИСКУССТВЕННОГО ИНТЕЛЛЕКТА (Süni intellekt dövründə introspeksiya) adlı məqaləsi komissiya üzvləri tərəfindən XLVII Aralıq dənizi beynəlxalq elmi-tədqiqat işləri müsabiqəsində iştirak etmək üçün tövsiyə olunub.  Nəzərinizə çatdıraq ki,son üç ayda Alidə Zeynalovanın Google Scholar profilində h-indexi 1+ə yüksələrək Azərbaycan Milli H-indeks Reytinqi 2025 siyahısına da daxil olub.