22.12.2025, 12:51 - Baxış sayı: 101

Azər­baycan Prezident İlham Əliyevin titanik fəaliyyəti ilə bundan sonra da yüksək zirvələri fəth edəcəkdir


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “ Azər­baycan Prezident İlham Əliyevin titanik fəaliyyəti ilə daha yüksək zirvələri fəth edəcəkdir” adlı məqaləsində Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, Azərbaycanı yeni zirvələrə doğru aparmaqda olduğunu bildirib. Ulu öndərin si­yasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun liderinə, dünyanın sayılıb se­çilən dövlətinə çevirdiyini söyləyib. 

Dosent Prezident İlham Əliyevin güclü diplomatik təcrübəsi, pedoqoji fəaliyyəti, idarəetmə və liderlik təcrübəsi Azərbaycanın inkişafında, iqtisadiy­yatının güclənməsində, ordu quruculuğunda, neft strategiyası­nın hə­yata keçirilməsində böyük rol oynadığını vurğulayıb.

Bildirib ki, Azərbaycan Respublikasının milli inkişaf sisteminin formalaş­dırılmasında müstəsna xidmətlərə malik olan Prezident İlham Əliyevin qəbul etdiyi milli inkişaf strategiyası nəticəsində ölkəmiz bu gün yüksək inkişaf dövrünü yaşamaqdadır. Ölkə başçısı İlham Əliyev Azərbaycanın dinamik inkişafını, tərəqqisini, çiçəklənməsini verdiyi praqmatik qərarlarla, imzaladığı sərəncam və fərmanlarla təmin edən qurucu, intellektual, bacarıqlı dövlət xadimi olduğunu bütün dünyaya nümayiş etdirdi. Gənc alim Prezident İlham Əliyevin xalqa müraciəti, çağırışlarının bir əsər olduğunu bildirib.

İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır. Bütün bunlar, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir. Prezident İlham əliyev hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir.Azər­baycan Respublikası Prezident İlham Əliyevin titanik fəaliyyəti ilə daha yüksək zirvələri fəth edəcəkdir.- deyə G.Məlikli vurğulayıb.

https://science.gov.az/az/news/open/34462