18.12.2025, 16:03 - Baxış sayı: 36

“İdrak nəzəriyyəsi və məntiq” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin “Prezident İlham Əliyevin Sülh qazandıran Qələbə strategiyası” adlı birgə elmi seminarı keçirilib



Dekabrın 18-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “İdrak nəzəriyyəsi və məntiq” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin “Prezident İlham Əliyevin Sülh qazandıran Qələbə strategiyası” adlı birgə elmi seminarı keçirilib.

Seminarı giriş sözü ilə İnstitutun “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri məruzəçi f.e.d. Füzuli Qurbanov açaraq məruzə ilə çıxış edib. Çıxışında O,Prezident İlham Əliyevin “Sülh qazandıran Qələbə strategiyası” yaratdığı fikrini irəli sürdüyünü vurğulayıb.

Məruzədə H. Kissincerin XX əsrdə 6 dünya strategiyası haqqında məlumat verilmişdir. Həmin strategiyalar R. Nikson (ABŞ), Konrad Adenauer (Almaniya), Marqaret Tetçer (Böyük Britaniya), Şarl de Qoll (Fransa), T. Şanmuqaratnam (Sinqapur) və Ə. Sadata (Misir) aiddir.

Məruzəçi həmin strategiyalarla Azərbaycan Prezidentinin strategiyasını müqayisə etmişdir. Prezident İlham Əliyevin strategiyasını “Sülh qazandıran Qələbə” adlandırmağı təklif etmişdir. Sonra məruzə ətrafında fikir mübadiləsi oldu.

Sonda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli seminara yekun vuraraq qeyd etdi ki, f.e.d. Füzuli Qurbanovun “İlham Əliyevin sülh qazandıran Qələbə”si bir yeni nəzəriyyə səviyyəsinə qədər inkişaf etdirilsin və AMEA Rəyasət Heyətində məruzə edilməsi tövsiyə edilsin.

Seminarda iştirakçılar: f.ü.f.d., dos. Ə.İbrahimov, İnstitutun Həmkarlar təşkilatının sədri Asiya Əhmədova, f.e.d., professor Arif Büniyatov, f.ü.f.d., dosent Şölət Zeynalov çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşblər.