18.12.2025, 14:55 - Baxış sayı: 62

Fəlsəfə və Sosiologiya İnstitutunun gənc tədqiqatçıları təltif olunublar


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, gənc alimləri, doktorantları və aidiyyəti şəxslər iştirak ediblər.

AMEA-nın 80 illiyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların məqalə müsabiqəsinin qalibləri də təltif edilib.

Təltif olunanlar arasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun gənc tədqiqatçıları da var. Onlardan Cahandar Cabarov III yerin qalibi olub. Xoşgün Qarayeva, Şənay İsmayılova, Günay Binnətova və Püstə Cəfərova isə həvəsləndirici sertifikatla təltif olunublar.