03.12.2025, 13:41 - Baxış sayı: 27

F.e.d. professor İlham Məmmədzadənin, f.e.d., professor A.R.Buniyatovun “Süni intellekt fəlsəfəsi və tarixi -mədəni epistomoloji yanaşma” adlı kitabina dair araş­dır­ma


İlk öncə vurğulamaq istərdik ki, Prezident Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində möhtəsəm zəfər calmis, hal-hazırda öz müasir tarixinin ən parlaq səhifələrini yaşamaqda olanAzərbaycan xalqı bütün dünyanın, onun milli kimliyinə, tarixi- mədəni irsinə xüsusi marağınin yaranmasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, son illər Azərbaycan xalqının milli kimliyi, tarixi- mədəni irsinin aktual məsələləri bir çox filosoflar, tarixçilər tərəfindən intensiv şəkildə araşdırılmaqdadır.

 Bu nöqteyi-nəzərdən f.e.d. professor İlham Məmmədzadənin, f.e.d., professor A.R.Büniyatovun“Süni intellekt fəlsəfəsi və tarixi -mədəni epistomoloji yanaşma”adlı kitabinda həmmüəlliflər milli kimliyin, milli özünüdərkin bütövlükdə onun tarixi- mədəni irsinin fəlsəfi refleksiya anlamında, məxsusi olaraq müasir Qərb fəlsəfi konseptləri kontekstində, dominant epistomoloji yanaşmalar çərçivəsində təhlilini ugurla həyata keçirmişlər.

Baxılan halda, müasir Qərb fəlsəfəsində neorasionalist ənənələr əsasında formalaşan və inkişaf etdirilən müasir epistomoloji yanaşma, elmin və idrak prosesinin çoxparametrli, qeyri-xətti inkişaf modelləri əsasında cərəyan etməsinin təsbiti ilə əlaqədardır.

Baxılan halda, Süni intellekt texnologiyalarının tətbiqi əsasindaAzərbaycan xalqıinin tarixi- mədəni irsinin tədqiqində, müasir epistomoloji yanaşma­lara istinadən aparilan məntiqi, linqvistik-semantik, koqnitiv təhlilin metodoloji xüsusiyyətləri araş­dırilmaqla asagidaki nəticələr əldə edilmisdir:

1. Müasir Qərb fəlsəfəsinin plyural, çox səviyyəli ruhani ənənə olub ən müxtəlif fəlsəfi təlimləri ( neokantçılardan - Nitşe, E.Hüsserl və M.Haydeggerdən - ən yeni dekonstruksiya strate­gi­ya­la­rı­na və J.Der­ri­danm post­­mo­der­niz­mi­) özü­n­də eh­ti­va etmə­si təqdir olunmaqla, göstə­ri­lir ki, fəl­sə­fə və elmin qar­şı­lıq­lı əla­qə­si prob­le­mi , elmi idrakın metodoloji əsaslarının təd­­qi­qinın ən əhə­miy­yət­li prob­lem­lə­rin­dən­dir.

Tədqiqat isində müasir sosial-fəlsəfi tədqiqatlarda sosio-mədəni sistemlərin tədqiqinin konseptual və metodoloji xüsusiyyətləri araşdırilarkən ilk öncə qeyd edilir ki, müasir avropa sosial fəlsəfəsi fərqli epistomoloji yanaşmalarin mövcudlugu ilə səciyyələndirilməkdədir.

Müəlliflərin fikrincə, baxilan halda sosio-mədəni sistemlərin konseptual və metodoloji xüsusiyyətlərinin modernist fəlsəfi yanaşma mövqeyindən təhlili xüsusi önəm dasimaqdadir.

Tədqiqat isində Primordializmlə modernistlər arasında yer alan K.Hübnerin fəlsəfəsinə müraciət edərkən millətlərin və dövlətlərin inkişafı və s. məsələlərdə sosial fəlsəfənin xeyli fərqli yanaşmalarının mövcud olduğu vurğulanmaqdadir

Müəlliflərin fikrincə, bu baximdan müasir avropa sosial fəlsəfəsində modernizmin ən parlaq nümayəndələrindən biri olan Y.Habermasin, cəmiyyətin problemlərinin məqsədəuyğun müzakirəsinin fəlsəfi anlamina dair müddəalari təqdir oluna bilər.

Araşdırmalar zamanı belə bir nəticə əldə olunmuşdur ki, fəlsəfənin XX əsrdə gerçəkləşdirdiyi linqvistik dönüş, elmi-metodoloji paradiqmanın "şüur-təcrübə" kontekstində dəyişilməsi, şüur fəlsəfəsi ilə dil fəlsəfəsi, ideologiya ilə şüur və s. arasında xüsusi münasibətlərin yaranması , Vitgenşteynin "fəlsəfə-dil" modelinin yerinə "dünya-dil-şüur" modelinin qərarlasmasi ilə sərtlənməkdədir.

2. XIX əsrin sonu - XX əsrin əvvəllərindən baslayaraq təbiətşünaslıq və riyaziyyat elminin davamlı inkişafı, riyazi biliklərin məntiqi əsaslarının ciddi təftişi, nəticə etibarilə yeni sinkretik elm sahəsinin, riyazi məntiqin təşəkkül tapmasını şərtləndirmiş oldu.

Riyazi məntiqin ideya və metodlarının riyaziyyatın elmi-nəzəri və məntiqi əsaslarının işlənib hazırlanmasında tətbiqi, öz növbəsində məntiq elminin məxüsusi problemlərinin, o cümlədən elmi nəzəriyyələrdə dilin istifadə olunmasının məntiqi əsaslarının təhlilini aktuallaşdırmış oldu.

Fregenin işləyib hazırladığı riyazi-məntiqi sistemlərdə. məntiqi ziddiyyətlərin, xüsusilə, semantik paradokslarin aşkar edilməsi, daha geniş rakursda elmi dilin semantik- məntiqi xassələrinin araşdırılmasını instensivləşdirdi.

Tədqiqat isində elmi nəzəriyyələrdə dilin istifadə olun­masının məntiqi əsaslarına dair qeyd olunan mülahizələrə istinad etməklə, simvolik məntiqin logistika adlanan inkisaf mərhələsində, formal məntiqi təhlil mexanizminin təşəkkül tapmasi təsbit olunmaqdadir.

Elmi biliklərin formal məntiqi təhlilinin növbəti mərhələsi L.Vitgenşteynin adı ilə bağlıdır. L.Vitgenşteyn Rasselin məntiqi tiplər nəzəriyyəsi və təsvir nəzəriyyəsinin müddəalarını əsas tutaraq, məna daşıyıcı mülahizələrin qurulmasının məntiqi qaydalarının təhlilini nəzərdən keçirir.

Öncə göstərildiyi kimi, Rassel və Vitgenşteyn dilin məntiqi-atomistik modelinin substantiv məna kəsb etdiyinə dair mövqelərindən fərqli olaraq, təbii dilin təhlilini ön planda nəzərdən keçirirlər. Vitgenşteynin “Fəlsəfi tədqiqatlar”əsərındə göstə­rilir ki, dilin məntiqi-atomistik təfsiri və real nitq praktikası arasında ciddi uyğunsuzluqlar mövcuddur.

3. Son illərdə sistem xarakterli tədqiqatlar sırasında semantikanın müasir məntiq elmi və elmin metodoloji prob­lemləri kontekstində nəzərdən keçirilməsi, aktual elmi istiqamət kimi səciyyələndirilməkdədir.

Burada ilk növbədə qeyd etmək lazımdır ki, Sosio-mədəni sistemlərin tədqi­qində koqnitiv modelləşdirmənin fəlsəfi-nəzəri və metodoloji əsaslarinin semantik təhlil konteks­tində təhlilinin aparilmasi ciddi evristik maraq doğur­ur.

Belə ki, koqnitiv idraki fəaliyyətin müxtəlif sahələrində (təlim, müxtəlif optimallaşdırma məsələlərinin həlli, tanınma və s.) təfəkkürün işlək mexanizminin tədqiqində, kollektiv və ya fərdi intellektin ümumi, universal prinsipləri əsasında, müvafiq proqramların işləinib hazırlanması və hesablama texnikası vasitəsilə tətbiqi nəzərdə tutulur.

Tədqiqat isində ilk növbədə qərarların qəbul edilməsi məsələlərinin həllindəkoqnitiv modellərin tətbiqinin metodo­loji xüsusiyyətləri nəzərdən keçirilir.

Bu yönümdə Qeyri-müəyyənlik şəraitində (QMS) qərarların qəbul edilməsi _üsullarinin sırasındə, Lütfizadə tərəfindən işlənib hazırlanmış effektiv alternativlərin seçilməsi metodikası məxsusi elmi- nəzəri əhəmiyyət kəsb edir.

Yuxarıda verilmiş təhlildən göründüyü kimi, qərar qəbul etmədə Bellman və Lütfizadənin birgə işləyib hazırladığı qeyri-səlis təqdimat metodunun tətbiqində simvol strukturların axtarışı və tətbiqi, müvafiq obrazlarin müqayisəli təhlilinin aparılmasını nəzərdə tutur.

4. Tədqiqat isində pedaqoji praktikada geniş tətbiq olunan problemli-təlim metodikasının təhlili əsasında, təhsil proseslərində kognitiv modelləşdirmənin tətbiqi xüsusiyyətləri araşdırılır.

Burada ilk növbədə qeyd etmək lazım gəlir ki, baxılan halda koqnitiv modelləşdirmənin tətbiqi xüsusiyyətlərinin tədqiqində, problem situasiyada anlam və anlamsızlıq arasında ziddiyyətlərin aşkar edilməsi, problem situasiyasının problem tapşırığa çevrilməsini şərtləndirir

Tədqiqat isində təlim prosesində koqnitiv modelləşdirmənin tətbiqinə misal olaraq ,riyazi məntiq fənninin tədrisində Kantorun naiv çoxluqlar nəzəriyyəsi mövzusunun tədrisinin didaktik, məntiqi-kognitiv xüsusiyyətləri nəzərdən keçirilir.

5. Aparilan tədqiqatın ana xətti, başlıca olaraq Azərbaycançılıq ideologiyasi zəminində Azərbaycan xalqının milli-mədəni identikliyinin formalaşmasınin, milli özünüdərkinin inkisaf xüsusiyyətlərinin tədqiqini nəzərdə tutur.

Baxilan tədqiqatda müasir tarixi- epistomoloji baxış bucağından, tarixi idrakın fəlsəfi və metodoloji təhlili əsasında Azərbaycan xalqının milli-mədəni identikliyinin formalaşmasınin, milli özünüdərkinintarixi-fəlsəfi, xüsusiyyətləri müəyyənləşdirilir.

Azərbaycan xalqının etnogenetik xüsu­siyyətlərinə, milli, sosio-mədəni identifikasiyasının əsas isti­qamət və prinsiplərinə dair köklü müddəalara əsaslanmaqla, ilk növbədə qeyd edlilir ki, müasir dövrdə dövlət müstəqilliyini əldə etmiş Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında, milli varlıq və milli özünüdərkin inkişafının ən mükəmməl mərhələsi qərarlasmis oldu.

Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti,onun dühasının məhsulu olan Azərbaycan­ciliq ideologiyasi, mükəmməl milli dirçəliş strategiyası əsasinda müstəqil Azərbaycan dövlətçiliyinin inki­şaf perspektivlərinin müəyyən edilməsində və ugurla ger­çəkləşməsində həlledici rol oynamis oldu.

Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının ümumbəşəri mənəvi, sosio-mədəni dəyərlərin, milli mənəvi sosio-mədəni dəyərlərlə harmoniyası zəminində formalaşan milli və dini konfessional tolerantlıq prinsipləri, özü-özlüyündə Azərbaycan xalqının çoxəsrlik ictimai- tarixi inkişafının, həyat tərzinin yekun nəticəsi kimi çıxış etməkdədir.

Heydər Əliyev dühası Azərbaycan xalqının çoxəsrlik tarixi həyat təcrübəsinin atributları olan milli və dini tole­rantlığı ideya səviyyəsinə qaldıraraq, özünün yaratdığı Azər­baycançılıq ideologiyasının təməl prinsipləri kimi ifadə etmisdir.

Tədqiqat isində göstə­rilir ki, hal-hazırda Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyev, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını rəhbər tutaraq ictimai-siyasi, iqti­sadi, mədəni və digər sahələrdə əldə edilmiş nailiyyətlər əsasinda, müstəqil Azər­baycan dövlətçiliyinin modern, innovasyon inkişaf strategiyasını uğurla həyata keçirir.

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində Respublika Prezidenti Ali Baş Komandan İlham Əliyevin fövqəladə liderlik qüdrəti, müstəsna siyasi təfəkkürə, sarsılmaz iradəyə malik olması, vətənpərvərliyi, xalqa inamı, Azərbaycan xalqının öz lideri İlham Əliyevə olan sarsılmaz inami həlledici rol oynamış oldu.

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiya­sının təməlində duran humanizm, milli və dini tolerantlıq idealları, Prezidentİlham Əliyevin milli dövlət fəlsəfəsinin bazis prinsipləri qismində çıxış etməklə Azərbaycanda güclü, modern dövlət quruculuğunda, inkişaf etmiş vətəndaş cəmiy­yətinin təşəkkül tapmasında müstəsna rol oynamaqdadır.

Prezidentİlham Əliyevin Azərbaycanın modernləşdiril­məsi və inkişafı siyasəti, milli identikliyin, milli özünüdərkin müasir dünyanın inteqrativ inkişaf meylləri ilə üzvü vəhdətini təmin etməklə dünya ictimaiyyətinin Azərbay­canın haqq işinə verdiyi dəstəyin əldə edilməsində mühüm rol oynayır.

Bu baxımdan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli-mənəvi, mədəni dəyər­lərinin, ümumbəşəri, humanist, mədəni dəyərlərlə harmo­niyasının dünya ictimaiyyətinə çatdırılması yönümündə fəaliy­yəti, ölkənin beynəlxalq nüfuzunun artmasında, Azərbaycanın haqq işinin dünya ictimaiyyəti tərəfindən təqdir olunmasında müstəsna əhəmiyyət kəsb etməkdədir.

Təqdirəlayiq haldır ki, Mehriban xanım Əliyevanın beynəlxalq mədəniyyətlərarası dialoqun çərçivəsində həyata keçirdiyi fəaliyyətində Azərbaycan xalqının milli mədəni dəyərlərinin təbliği xüsusi yer tutur.

Azərbaycanın milli-mənəvi, mədəni dəyərlərinin dün­yanın ictimai-siyasi, inkişaf meylləri ilə harmoniyasının təbliği Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi çıxış etməkdədir.

Bu münasibətlə xüsusi qeyd etmək lazımdılr ki, Vətən müharibəsinin gedişində beynəlxalq ictimaiyyətin Azərbayca­nın haqq işinə verdiyi dəstək, əhəmiyyətli dərəcədə Azərbay­can dövlətinin modern demokratik, sülhsevər imicinə əsaslanır.

Bütövlükdə Azərbaycan xalqının milli ideologiyasinin, Azərbaycançılıq ideolo­giyasinin və milli özünüdərkinin for­malaşmasında Ulu Öndər Heydər Əliyevin ,onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi milli mədəni dəyərlərin inkişafi siyasətinin təntənəsi kimi dəyərləndirilir.

6. Tədqiqat isində Klassik Azərbaycan ədəbiyyatinda milli mədəni dəyərlərin inkişaf xüsu­siyyətləri ,Azərbaycan klassik poeziyası­nın mədəni intibahi dövrünə (XV-XVI əsrlər) xas olan xüsusiyyətləri nəzərdən keçirilərək göstə­rilir ki, görkəmli Azərbaycan şairləri Xaqani, Nəsimi, Nizami, Füzuli, Xətai, Əvhadi və b. şifahi xalq yaradı­cılığından qaynaqlanmaqla, klassik şərq lirik və epik şeirinin ən yüksək məziyyətlərini özündə ehtiva edən misilsiz bədii-ədəbi sənət əsərlərini yazıb-yaratmışlar.

Həmçinin, tədqiqat isində qeyd edilir ki, Füzuli poeziyası bu möhtəşəm poetik şeir dünyasının əlçatmaz zirvəsi olmaq etibarilə, dünya poeziyasına misilsiz töhfələr vermişdir.Füzulinin sənət dünyası, dahi şairin misilsiz bədii təxəyyülü Azərbaycan ədəbiyyatşünaslığının görkəmli sima­ları, M. Paşayev, H. Araslı, M. Quluzadə, A. Rüstəmova tərəfindən ciddi elmi-nəzəri əsaslara istinadən tədqiq edilmişdir.

Araşdırmalar zamanı Füzulinin epik şeirinin ən dəyərli məqamları sırasında onun mükəmməl bədii-ədəbi obrazların yaradıcısı olmaqla yanaşı, dövrünün ruhani mütəfəkkiri qismində əvəzsiz bir səciyyə daşıması təsbit olunmaqdadır.

Bu baxımdan dahi şairin şeirlərində fəlsəfi-didaktik, idraki diskursların mükəmməl bədii- elmi tərtibdə təqdimatı, müstəsna önəm daşıyir.

Tədqiqatda qeyd edilir ki, Füzulinin poetik yaradıcı­lığında,yuxarıda göstərildiyi kimi, Aristotel məntiqinin fundamental qanun və prinsiplərindən məharətlə istifadə edil­mişdir.

7. Tədqiqat işində Suni intellekt sistemlərinin Azərbaycan dilinin ədəbi və leksik tərkibinin öyrənilməsində, bütöv ifadələrin (dialoq) tədqiq olunmasında tətbiqi xüsusiy­yətləri arasdirilir.

Bu arasdirmada klassik ədəbiyyatda milli kimlik, vətənpərvərlik Ideallarini tərənnüm edən ədəbi yaradicilig nümunələrəi əsasinda, Q.Zakirin ,M.P.Vaqifin, M.V.Vidadinin eyni adli “durnalar”qosmasinin müqayisəli təhlili timsalinda aparilir.

Qeyd etmək lazımdır ki, baxılan halda Suni intellektvasitələrinin praqmatik yönümdə tətbiqi hər üç qoşmanın müqayisəli bədii-semantik təhlilinin aparılmasını təmin etmiş olur. Belə ki, baxılan halda hər üç şeirin bədii-semantik təhlili mətn üzrə testlərin tərtibi və müvafiq proqramın işlənib hazır­lanması nəzərdə tutur.

 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Sosial fəlsəfə və ekoloji problemlər şöbəsinin müdiri,

f.e.d. professor Azər Mustafayev