28.11.2025, 10:47 - Baxış sayı: 26

Bir şəhidin hekayəsi


Vətən uğrunda şəhid olan və nəşi zəfərdən beş ay sonra tapılan Qalasının xatirəsinə


 

Muğan elində bir ailədə körpə dünyaya gəldi. Ailə uşağı çoxdan gözləyirdi. Ana-ata körpəyə Qalası adını verdilər. Ana onu həmişə xoş sözlərlə əzizləyib deyərdi:

Şəkərim, duzum, balam,
Körpəcə quzum, balam,
Tanrı səni saxlasın,
Ömrün uzun balam.

Gözüm, bəbəyim, balam,
Arzum, diləyim, balam.
Elinə gərəkli ol!
Mən də öyünüm balam!

Gənc Qalası müharibə başlayanda cəbhəyə getdi. Vuruşaraq “Daşaltı”ya qədər döyüşdü. Son qızğın döyüşdə ağır yaralanaraq, itkin düşdü. Şəhid olan Qalasının nəşi aylarla qar altında qaldı. Sonra isə tapılaraq, öz doğulduğu Muğan elində şəhid məzarlığında dəfn olundu.

O, vətənini, elini və anasını çox sevirdi!

Vətənə ana deyə,

Onu sevdirdin mənə

Gəl ağlama ana sən,

Qürbət ellərdə deyil,

Vətənçin şəhidəm mən.

Cənazəm dağ başında,

Kəfənin dümağ qardır.

Qazılmamış məzarım,

Elimdə yadigardır.

Gəl ağlama məni sən,

Qəhrəman şəhidəm mən.

Bu torpağın oğluyam,

Torpağıma qovuşaraq qalasıyam,

Vətənimin təpəsiyəm, qayasıyam,

Elimin şəhidi, Qalasıyam!

= = = = = = = = = = = = = = = = =

Dar gündə Vətənə yetdi şəhidlər!

Xalqını ucaldıb, getdi şəhidlər! 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Müasir fəlsəfə problemləri şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Təhməzova