Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri təltif olunublar
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə AMEA-nın əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Şöhrət” ordeni, “3-cü dərəcəli “Əmək” ordeni” və “Tərəqqi” medalı ilə təltif olunublar.
Təltif olunan AMEA alimləri arasında Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, İnstitutun İslam fəlsəfəsi və dinşünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri - f.e.d. Xatirə Quliyeva “Tərəqqi” medalı ilə təltif ediliblər.

