MUSTAFA BƏY TOPÇUBAŞOVUN GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN QOYDUĞU İRS
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Mustafa Bəy Topçubaşovun gələcək nəsillər üçün qoyduğu irs” adlı məqaləsində görkəmli alim akademik Mustafa Bəy Topçubaşovun gərgin əməyi nəticəsində XX əsr Azərbaycan tibb tarixinə ən şanlı və parlaq səhifələri yazıldığını qeyd edib. Dosent Mustafa Bəy Topçubaşovun AEA-nın inkişafının istiqamətləndirilməsində, yüksəkixtisaslı kadrların hazırlanmasında, ümumilikdə elmin inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Görkəmli alim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 illiyinin qeyd edilməsi haqqında” cənab prezident İlham Əliyevin sərəncamı Azərbaycan elminə verdiyi qiymətin təzahürü olduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin çıxışlarını qayğısından bəhs edərək, Mustafa Topçubaşovun respublikada cərrahlıq elmi məktəbinin banisi olduğunu, müharibə dövründə hərbi cərrahiyyədə yeni, səmərəli metodlar işləyib hazırlamış, minlərlə yaralı döyüşçünü həyata qaytarmış olduğunu bildirib. Akademik Mustafa bəy Topçubaşov Azərbaycan Elmlər Akademiyasında akademik-katib, vitse-prezident SSRİ Tibb Akademiyasının müxbir üzvü, həqiqi üzvü seçildiyini yazısında əks etdirib. Dosent məqalənidə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin Mustafa bəy Topçubaşov haqqında çıxışını vurğulamışdır. Akademikin 5 cildlik "Xüsusi cərrahlıq" kitabının, 8 monoqrafiyasının, 300-dək elmi işləri bizlərə elmi xəzinə kimi miras qaldığını söyləyib.
Akademik Mustafa bəy Topçubaşov “Qızıl ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətlə əməyə görə”, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri, döyüş orden və medalları, Bolqarıstanın III dərəcəli “Kiril və Medofiy” ordeni ilə eyni zamanda, “SSRİ Sanitar Müdafiəsi” fəxri adı və SSRİ Sanitar Müdafiəsi Əlaçısı” döş nişanı ilə təltif olunduğunu qeyd edib. Akademik Mustafa bəy Topçubaşovun qoyduğu irs biz gənclərə böyük bir örnək məktəbi olaraq daim yaşayacaqdır.- deyə Günel Məlikli vurğulayıb.

