15.09.2025, 11:55 - Baxış sayı: 27

Professor İlham Məmmədzadənin “Sosiologiya” şöbəsinin əməkdaşları ilə görüşü keçirilmişdir.


10 sentyabr 2025-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Sosiologiya” şöbəsinin əməkdaşları ilə görüşü keçirilmişdir.

Əvvəlcə, direktor İlham Məmmədzadə şöbə müdiri vəifəsini icra edən təyin edilmiş s.e.d. Səadət Məmmədovanı şöbə əməkdaşlarına təqdim etmişdir. Rəfiqə Əzimovanın səhhəti ilə əlaqədar olaraq, baş elmi işçi vəzifəsinə keçdiyini bildirmişdir.

Daha sonra, professor İlham Məmmədzadə “Sosiologiya” şöbəsinin İnstitutun strukturunda əhəmiyyətli mövqedə olduğunu bildirərək, qeyd etmişdir ki, burada yerinə yetirilən elmi-tədqiqat işləri dövrün çağırışlarına cavab verməli, dünyada və ölkəmizdə baş verən proseslərin sosioloji təhlilini təqdim etməyi bacarmalıdır.

Görüşdə professor İlham Məmmədzadə şöbə əməkdaşları ilə “Sosiologiya” elminin əhəmiyyəti, məqsəd və vəzifələri, cəmiyyətin həyatındakı rolu, müasir sosiologiya elminin, o cümlədən Azərbaycanda sosiologiyanın inkişafı istiqamətləri və meylləri haqqında fikir mübadiləsi aparmışdır.

Professor İlham Məmmədzadə onu da qeyd etmişdir ki, müasir sosiologiyanın başlıca məqsədi makro və mikro səviyyəli hadisə və prosesləri təhlil edərək, bu və ya digər hadisə və prosesin cəmiyyətə gətirdiyi dəyişiklikləri müəyyənləşdirmək, mümkün nəticələri ilə bağlı plan-proqnoz təqdim etməkdir. Sosiologiyanın tədqiqat obyektinin ən yeni dövrlə bağlı olduğunu bildirən İlham Məmmədzadə “Sosiologiya” şöbəsinin qarşısında duran vəzifələrdən danışmış, hazırki zamanda “Sosiologiya” şöbəsinin fəaliyyətinin qənaətbəxş olmadığını bildirmişdir.

İlham Məmmədzadə qeyd etmişdir ki, şöbədə sosioloji tədqiqatların genişləndirilməsi, elmi işçilər tərəfindən sosiologiya elminin layiqli şəkildə istimaiyyətə təqdimatı və təbliği başlıca vəzifələrdəndir.

Şöbə əməkdaşlarının problemlərilə maraqlanan İlham Məmmədzadə “Sosiologiya” şöbəsinin baş elmi işçisi Aydın Əlizadənin və böyük elmi Rüşan Rüşanzadənin çıxışlarını dinləmiş və şöbə əməkdaşlarına İnstitut tərəfindən hər zaman lazımi köməklik göstərildiyini və göstəriləcəyini bildirmişdir.