“Sosial münaqişələrin həllində sosial tərəfdaşlıq amili” adlı monoqrafiya nəşr edilmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovun “Sosial münaqişələrin həllində sosial tərəfdaşlıq amili” (həmmüəllif: prof. Hüseyn Qaraşov) adlı monoqrafiyası (Bakı, “Füyuzat”, -2025, -336 səh.) nəşr edilmişdir. kitabın elmi redaktoru prof. Rafail Həsənov, rəyçilər dos. Səadət Məmmədova, dos.Faiq Ələkbərlidir.
Monoqrafiyada sosial sosial münaqişələrin yaranma səbəbləri təhlil edilir, müxtəlif əlamətə görə münaqişələrin təsnifatı verilir, sosial münaqişələrin başlıca funksiyaları, inkişaf mərhələləri göstərilir, sosial münaqişələrin həllində sosial tərəfdaşlığın, xüsusilə həmkarlar ittifaqlarının rolu araşdırılır.
Monoqrafiyadan tədqiqatçılar, ali məktəb tələbələri, həmkarlar ittifaqları təşkilatlarının rəhbərləri, sahibkarlar, müəssisə rəhbərləri, işəgötürənlər, menecerlər öz fəaliyyətində istifadə edə bilərlər.
Monoqrafiya Azərbaycan Həmkarlar İttifaqlarının 120, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə ithaf olunur.


