Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli məqaləsində görkəmli alim akademik Yusif Məmmədəliyevin gərgin əməyi nəticəsində XX əsr Azərbaycan tarixinə ən şanlı və parlaq səhifələri yazıldığını qeyd edib. Yusif Məmmdəliyev AEA-nın inkişafının istiqamətləndirilməsində, yüksəkixtisaslı kadrların hazırlanmasında, ümumilikdə elmin inkişafında mühüm xidmətlər göstərdiyini bildirib.
Ulu Öndər Heydər Əliyevin, cənab prezident İlham Əliyevin akademik Yusif Məmmədəliyev haqqında sözlərini qeyd edərək, akademikin mühazirələrinin tələbələrə göstərdiyi qayğı yetirmələrinin xatirində əbədi qalacağını vurğulayıb.
Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı məşhur alimin 1942-ci ilin şaxtalı qış aylarında bir qrup kimyaçı mütəxəssislə birlikdə 28 gün ərzində laboratoriya binasından çıxmadan gərgin axtarışlar aparmış, nəhayət, oktan ədədi 100-ə bərabər olan yüksək keyfiyyətli aviasiya yanacağı istehsalının texnologiyasını yaratdığını qeyd edib. Bu gün 120 illik yubileyi qeyd olunan akademik Yusif Məmmədəliyev 56 il ömür sürməsinə baxmayaraq, əsrlərə bərabər ixtiralar, kəşflər sayəsində gələcək nəsillər tərəfindən əziz xatirəsi hər zaman fəxrlə yad ediləcək- deyə Günel Məlikli vurğulayıb.

