12.09.2025, 10:48 - Baxış sayı: 179

Dosent Günel Məlikli “Azərbaycan Respublikasının millli inkişaf sistemi İlham Əliyevin siyasi strategiyası kontekstində” mövzusuna dair mühazirə söyləyib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Millli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda zabit, professor-müəllim heyətinə “Azərbaycan Respublikasının millli inkişaf sistemi İlham Əliyevin siyasi strategiyası kontekstində” elmlər doktorluğu mövzusuna dair mühazirə söyləyib.

Gənc alim çıxışında Prezident İlham Əliyevin hazırladığı və olduqca mürəkkəb beynəlxalq şəraitdə uğurla həyata keçirdiyi siyasi strategiya konteks­tində Azərbaycan Respublikasının milli inkişaf sistemini araşdırmaq; Azərbaycanın milli inkişaf sisteminin qurulmasının və milli inkişaf strategi­yasının həyata keçirilməsinin mərhələləri və xarak­te­risti­kasının nəzəri-praktik və hüquqi əsaslarının öyrənilməsi, bu strategiyanın həyata keçirilməsinin əsas ideyası olan Azərbaycan­çılıq ideyasının təhlil edilməsi və s. bölmələrə toxunub.

Liderlik, idarəetmə münasibətlərinin spesifik tipi kimi sosial təsir prosesinə əsaslanır və o psixoloji bir fenomendir. Alman filosofu və sosioloqu M.Veber tərəfindən hazırlanmış tipologiya da digər tədqiqatçılara böyük təsir göstərdi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyə, hadisələrin inkişafını irəlicədən müəyyənləşdirmək və qabaqlamaq istedadına da malik olduğunu bildirib. İlham Əliyevin yaradan, quran, birləşdirən, hamıya fayda gətirən lider olduğunu söyləyib.

Məhz İlham Əliyevin son dövrdə apardığı müdrik siyasət sayəsində Azərbaycan bir çox dövlətlərlə əlaqə və münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığını bildirib. ABŞ görüşlərində əldə edilən qələbələr Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərimizin suverenliyimizin tam bərpasının məntiqi nəticəsidir – deyə, G. Məlikli vurğulayıb.