08.09.2025, 12:29 - Baxış sayı: 56

Finlandiyalı alimlər Fəlsəfə və Sosiologiya İnstitutunda olublar


Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kanqaspuro və institutun professoru, tədqiqatçısı tarix elmləri doktoru, professor Dmitri Frolov AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda olublar.

İnstitutun direktoru professor İlham Məmmədzadə qonaqları salamlayaraq onları Fəlsəfə və Sosiologiya İnstitutunda görməkdən məmnunluğunu ifadə edib və qonaqlara institutun elmi fəaliyyəti və aparılan elmi tədqiqat işləri ilə bağlı ətraflı məlumat verib.

Öz növbəsində qonaqlar Aleksanteri İnstitutunun fəaliyyəti, Azərbaycanda aparılan tədqiqatlar və institutun Rusiya, Şərqi Avropa və Avrasiya üzrə həyata keçirdiyi milli və beynəlxalq layihələr barədə danışıb, institutun sosial və humanitar elmlər sahəsində aparıcı tədqiqatlar və ekspertiza fəaliyyəti həyata keçirdiyini, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq etdiyini qeyd ediblər.

Görüşün sonunda Fəlsəfə və Sosiologiya İnstitutu ilə Aleksanteri İnstitutunun arasında birgə elmi fəaliyyətin qurulması istiqamətində razılığa gəlindiyi və gələcəkdə bu istiqamətdə memorandum imzalanmağı planlaşdırıldı.