04.09.2025, 13:58 - Baxış sayı: 25

Qərbi Azərbaycan Xronikası: İrəvanda Azərbaycan diplomatlarının ağlasığmaz fəaliyyəti - Faiq Ələkbərlinin "Baku Tv"yə müsahibəsi"


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrəvanın türk siması necə dəyişdirildi?" adlı veriliş hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli verilişdə İrəvanda daşnakların planlarından və türk izlərinin silinməsindən danışıb.

O bildirib ki, İrəvanın türksüzləşdirilməsi tarixin qaranlıq səhifələrindən biridir. Daşnakların planına əsasən İrəvanda türk izləri silinib. Türklərdən ibarət İrəvanının faciəsi və gizlədilən tarix böyükdür. İrəvanın siması tamamilə dəyişdirilib, azərbaycanlıların şəhəri yadlaşdırılıb.

Onun sözlərinə görə, ermənilərin İrəvanın kimliyi və yaddaşsızlaşdırılması ilə bağlı siyasəti bu şəhərin və orada yaşayan türklərin tarixinin silinməsinə, kimlikdən məhrum edilməsinə dair gerçək faktlar çoxdur.

Linkə keçid