Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər
İyunun 13-də 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqı və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının birgə təşkilatçılığı ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarının ziyarəti təşkil edilmişdir. AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkilatının sədri, f.ü.f.d., dosent Şölət Zeynalov, həmçinin AMEA Azad Həmkarlar İttifaqının əməyin texniki müfəttişi Həsənqulu Qurbanov, Fəlsəfə və Sosiologiya İnstitutu üzrə YAP ərazi təşkilatının fəal üzvlərindən f.ü.f.d.Məhəmməd Cəbrayılov, f.ü.f.d Hüseyn İbrahimov, Xanımağa İsmayılova, Nuray Əliəskərova və institutumuzun əməkdaşı, elmi işçi Telman Quliyev də ziyarətçilər arasında olmuşdur.