Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 15 İyun - Milli Qurtuluş Günü qeyd edilib.
İyunun 12-də ARETN Coğrafiya İnstitutunda AMEA Fəlsəfə və Sosiologiya İnstitutu əməkdaşlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin qurtuluş missiyasına həsr edilmiş tədbir keçirilmişdir.
İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani tədbir iştirakçılarını salamlayaraq 15 İyun tarixinin Azərbaycan xalqının taleyində böyük önəm daşıdığını diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov “Heydər Əliyev siyasəti: qurtuluşdan zəfərə gedən yol” adlı məruzəsində Azərbaycan dövlətçiliyinin qurulmasında, onun qorunub-saxlanılmasında və gələcək inkişaf yollarının müəyyənləşdirilməsində Heydər Əliyevin tarixi rol oynadığını ətraflı şərh etmiş, verilən sualları cavablandırmışdır.
Sonra fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Azərbaycanın siyasi - coğrafi obrazı: nəzəri yanaşma” , tarix elmləri doktoru Eynulla Mədətli də çıxış edərək Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən, milli dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən geniş məlumat veriblər.
İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları Ənvər Əliyev və Habil Haqverdiyev də mövzu ilə əlaqədar fikir bildirib, xatirələrini bölüşüblər.