ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ UŞAQLARIN PSİXOLOJİ İNKİŞAFI
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Ulu Öndər Heydər Əliyev və uşaqların psixoloji inkişafı ” adlı yazısında Dahi lider Heydər Əliyevin uşaqları sonsuz məhəbbətlə sevərək, onların təhsili, sağlamlığı ilə bağlı məşğul olduğunu, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ümumilikdə Ulu öndər tərəfindən atılan bütün addımlar uşaqların psixoloji inkişafında silinməz iz qoyduğunu söyləyib.Günel Məlikli bildirib ki, müdrik siyasi lider Heydər Əliyevin yeni nəsillər üçün miras qoyduğu ənənələr Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də uşaqlara göstərilən qayğının bariz nümunəsidir. Uşaq hüquqlarının təmin olunması da dövlətimizin reallaşdırdığı siyasətin prioritet istiqamətlərindən biri kimi uşaqların psixologiyasın müsbət təsir göstərir. Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. Mehriban xanım kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb, onların psixologiyasına müsbət təsir edərək, qəlbinə xoş ovqat bəxş edir. - deyə Günel Məlikli vurğulayıb.