04.06.2025, 15:22 - Baxış sayı: 29

Eynulla Mədətli Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycanın dövlətçilik tarixi və tarixşünaslığı” mövzusunda mühazirə oxumuşdur


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli 2 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya və Beynəlxalq Münasibətlər və Hüquq fakultələrinin tələbələri qarşısında “Heydər Əliyev və Azərbaycanın dövlətçilik tarixi və tarixşünaslığı” mövzusunda mühazirə oxumuşdur. AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli məruzəsində Naxçıvan Muxtar Respublikasında apardığı arxeoloji qazıntılardan, xüsusilə Xarabagilandakı tədqiqatlarının nəticələrindən ətraflı danışmışdır. Tarix-filologiya fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarlı fakultənin 1975-ci il məzunları ilə görüş çərçivəsində belə mühazirələrin dinlənməsinin əhəmiyyətini vurğuladı.

Məzunları Naxçıvan Dövlət Universitetinin rektoru, professor Elbrus İsayev qəbul etmişdir.