“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda beynəlxalq elmi-nəzəri “Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti (№ 32 , 2025) sayı çap olunub.
İlham Məmmdəzadə “Şüur fəlsəfəsinə giriş və gələcəyin təhsilinin protoobrazları”, Füzuli Qurbanov “AMEA elmi yaddaş məkanı kimi: akademik tədqiqat ənənəsi, akademik tədqiqat təcrübəsi, akademik düşüncə kültürü kontekstində (I hissə), Əbülhəsən Abbasov “Fundamental elmlərin inkişaf tarixi kontekstində Nəsirəddin Tusi yaradıcılığı”
Əli Abasov. Mahrux Nəcəfli “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda milli özünüdərk problemi Məhəmməd Əmin Rəsulzadə nümunəsində”, Elyor Kərimov “Özbəkistandan sonrakı cədid mədəniyyətinin formalaşmasına Azərbaycanın töhfəsi”, Rafail Əhmədli “Azərbaycanda milli şüurun formalaşmasında Əli bəy Hüseynzadənin fəlsəfi ideyalarının rolu”, Elnur Mustafayev “Məhəmməd Füzulinin yaradıcılığında messianizm (fəlsəfi-dini aspektlər)”, Rauf Məmmədov “Eynəlqüzzat Miyanəçinin fəlsəfi baxışlarında maddi varlıq və onun mahiyyəti”, Faiq Ələkbərli “Səməd Mənsurun milli maarifçilik, fəlsəfi romantizm və ictimai-siyasi görüşləri, Dr. Ziaullah Xan “Seyid Cəmaləddin Əfqani (1838-1897) bioqrafik təhlil”
Tamerlan Hacıyev “Rəqəmsal identifikasiyanın etikası: şərqin fəlsəfi ənənəsi kontekstində çağırışlar və perspektivlər”, Azər Mustafayev, Məmməd Rzayev “Şərq-Qərb mədəniyyətlərinin müqayisəli təhlilində şəxsiyyət amili”, Elnarə Bünyatova “Türk və Azərbaycan ədəbiyyatşçılığının xalq yaradıcılığının öyrənilməsində qarşılıqlı əlaqəsi”.