29.05.2025, 12:33 - Baxış sayı: 156

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ adlı yazısında 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixində ən mühüm hadisələrdən biri olduğunu, xalqımızın azadlıq, müstəqillik arzusunu və əzmini nümayiş etdirdiyini söyləyib. Günel Məlikli vurğulayıb ki, Azərbaycan Respublikasının bu gün mövcud olan dövlət müstəqilliyi böyük sınaqlardan keçib, iftixar hissi ilə demək olar ki, bu sınaqlardan şərəflə çıxıb və indi Azərbaycanın dövlət müstəqilliyi artıq mövcuddur və dönməzdir”. Ümummilli lider Heydər Əliyev bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir- deyə Günel Məlikli vurğulayıb. 

science.gov.az