Qiyamçı separatçılığı ifşa edən, unitar dövlət uğrunda mübarizədən bəhs edən kitab
Əli İbrahimov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
1988-1993-cü illərin ictimai-siyasi və tarixi hadisələri, xüsusən Lənkərandakı olaylar, o dövrdə ermənilərin hərbi təcavüzünə qarşı döyüşən əsgərlərimizə, qaçqın və köçkün düşmüş soydaşlarımıza Lənkəranlıların etdiyi yardımlar, Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsinin yaradılması və fəaliyyəti, 1990-cı illərin yanvar qırğınları, nəhayət qiyamçı separatçılığa, Azərbaycan kimi unitar bir dövləti parçalamağa çalışan qruplara qarşı kəskin etirazlar yaddaşlarda dərin kök salmış, Azərbaycan tarixşünaslığında özünə yer almışdır. Ulu Öndər Heydər Əliyevin siyasi platformasına söykənən azərbaycanlıların bir siyasi millət olaraq bütövlük, vahidliyə əsaslanan unitar dövlət qurmaq səylərindən bəhs edən tarix elmləri doktoru, dosent Vaqif Şirin oğlu Abışovun "Lənkəran xatirələri" kitabı 204 səhifədən ibarət Bakı, 2024-cü il "Elm və təhsil" nəşriyyatında çap edilmişdir. Azərbaycan tarixşünaslığı stilində yazılmış "Lənkəran xatirələri" kitabı Giriş, “Lənkəranın Qarabağ harayı”, “Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsinin yaradılmasına və fəaliyyətinə qısa baxış”, “Yanvar qırğınları”, “Separatçılıq dövlətə, vətənə, millətə xəyanətdir” adlarında 4 fəsildən, Nəticə, Əlavələr və İstifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Müəllifin son fəsildə toxunduğu "separatçılıq, unitar dövlət" məsələləri üzərində bir qədər dayanmağı vacib hesab edirəm. Dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən separatçılıq hər zaman insanlar, ölkə vətəndaşları arasında çaxnaşma yaratmış, mənəviyyata, əxlaqa, davranışlara mənfi təsir göstərmişdir. Qiyamçı separatçılıq, həmçinin insanın mənəviyyatında bütövlük, vahidlik prinsipləri, həmrəylik, birlik formalaşan anlarda çaşqınlıq yaratmaq, xalqın gələcəyə istiqamətlənmiş yaradıcı və qurucu arzularına birdən-birə sədd çəkmək halları cəmiyyətin kataklizmlərə məruz qalıb tənəzzülünü gerçəkləşdirmək faktorundan başqa bir şey deyildir.
“Lənkəranxatirələri” kitabındaVaqif Şirinoğlununbirtarixşünasalimolaraqəsərində qarşıyaqoyduğuməsələləridəqiqvə səriştəliaraşdırmağınınbirsəbəbinidə onunBakı DövlətUniversitetinintarixfakültəsinibitirənkimitəyinatı ilə Lənkəran şəhərməktəbində və 0,5 ştatlaLənkəranUniversitetində pedaqojisahədə işləməyiilə əlaqədarolmuşdur. 13 illikmükəmmələməyininsayəsində Lənkəranınictimai-siyasi, sosialvə məişəthəyatınınincəlikləriilə tanış olmuş, oradakı 1988-1993-cü illərdə baş vermiş tarixihadisələrinmüstəvisində ermənilərin ölkəmizə olanhərbitəcavüzünə qarşı döyüşənəsgərlərimizinfədakarlığı, qaçqınvə köçkündüşmüş soydaşlarımızaLənkəranrayonəhalisininmaddiyardımları və ərazibütövlüyümüzünqorunması naminə mübarizədə onların iştirakı, 1990-cı ilYanvarfaciəsinitörədənSovetişğalçı hərbiqruplarınınvəhşilikləri, nəhayətCənubbölgəmizdə – Lənkərandaqiyamçı separatçılarındağıdıcılıqfəaliyyətininvə niyyətlərininifşası Vaqif Şirinoğlunun kitabının diqqət çəkən mövzularıdır.
“Lənkəranın Qarabağ harayı” fəslində tədqiqatçı-alim ermənilərin 1988-ci ildə məkrli planına əsaslanan məqsədlərini açıqlayır: “Türksüz Ermənistan” yaratmaq (onlar 1988-1991-ci illərdə artıq buna nail olublar), eləcə də azərbaycanlıların ərazilərini işğal etmək. 1988-ci ilin yanvar ayında məlum səbəblər üzündən Azərbaycanda da siyasi vəziyyət gərginləşməyə başlamış, hətta bu gərginlik Ermənistanın Mehri və Qafan rayonlarından azərbaycanlıların kütləvi şəkildə qovulması və Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək adı altında erməni separatçıların kütləvi mitinqlərə başlaması ilə daha da genişlənmişdir”... (səh. 25-26) Öz torpaqlarından qovulan azərbaycanlıların bir hissəsinin ilk günlər Şuşa və Xocalıda yerləşdirilməsindən bəhs edən müəllif yazır ki, çox təəssüflər olsun ki, sonrakı mərhələlərdə Ermənistandan zorla qovulan azərbaycanlıların "DQMV" ərazisində məskunlaşmalarına bilərəkdən icazə verilməmişdir. Bunun bir günahı Sovet hökumətinin üzərinə düşürdüsə, digər bir günahı o vaxtkı Azərbaycan hökumətinin üzərinə düşürdü. Həmin illərdə AKP MK-ya rəhbərlik edən Kamran Bağırov (1982-1988) və Əbdürrəhim Vəzirov (1988-1990) özlərində cəsarət tapıb o ağır günlərdə xalqın yanında olmadılar." (səh.32)
Bu fəsildə həmçinin Lənkəran camaatının Şuşadakı qaçqınlara ərzaq və pul yardımının yük maşını ilə təhlükəli yerlərdən böyük çətinliklə Lənkərandan Şuşaya çatdırılması şərh edilir. Qeyd edilməlidir ki, bu səfərdə müəllifin şəxsən iştirakı təqdirəlayiqdir. Bu illərdə Lənkəranın Xocalıdakı tikiş fabrikinin filialına, həm də tikilən mənzillərə dəstək verilməsində lənkəranlıların payının olması da vurğulanır. (səh.44)
Kitabın müəllifi Vaqif Şirinoğlunun “Lənkəranın Qarabağ harayı” fəslinin araşdırılmasından belə bir nəticəyə gəlmək olar ki, "bütün respublikamızda olduğu kimi Lənkəran əhalisi də 1988-1993-cü illər ərzində Azərbaycanın müstəqilliyinin bərpası uğrunda aparılan mübarizədə və vətən torpaqlarını düşmən hücumlarından qorumaq üçün əlindən gələn və gücü çatan köməkliyi göstərmişdir. Kitabın 2-ci fəsli “Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsinin yaradılmasına və fəaliyyətinə qısa baxış” təşkil edir. Burada dövlət müstəqilliyimizin bərpası uğrunda xalqımızın, eləcə də Lənkəran əhalisinin iki düşmən qüvvə ilə - torpaqlarımıza hərbi təcavüz edən ermənilərlə və süqut etməkdə olan Sovet imperiyasını idarə edənlərlə, onların siyasi təzyiqlərinə qarşı mübarizə aparmaq əzmindən bəhs edilir.
1989-cu il oktyabr ayının 04-də Lənkəran şəhər və rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsi ilə birgə keçirmiş olduqları iclasında təşkilatların adlarının dəqiqləşdirilməsi barədə və müstəqil Azərbaycanın üç rəngli bayrağının dalğalandırılması və bu bayrağın qəbul edilib-edilməməsi məsələsinin də ilk baxışda hay-küyə səbəb olmasından söhbət açılır. Separatçı Ə. Hümbətovun cənub bölgəsini Azərbaycandan ayırıb “Talış Muğan Muxtar Respublikası” qurmaq cəhdinin nə qədər acınacaqlı və Azərbaycanın bütövlüyü üçün qərəzli olmasını müəllif tutarlı dəlillərlə, məntiqi açıqlamalarla əsaslandırmış və Lənkəran əhalisinin əksəriyyətinin belə yalnış hərəkətlərin yolverilməzliyi ilə bağlı çıxışlarını zərurətdən doğan təbii hadisə kimi dəyərləndirmişdir.
Yanvar qırğınları adlı 3-cü fəslin təhlili ilə bağlı müəllifin qənaətləri belədir ki, AXC Lənkəran şöbəsi 1990-cı ilin yanvar qırğınları və ondan sonrakı ağır günlərdə də öz fəaliyyətini davam etdirərək çətin günlərdə xalqın mübarizə əzminin möhkəmləndirilməsi və onların ruhdan düşməməsi naminə bütün qüvvəsini səfərbər etmək məqsədi güdmüşdür. AXC LŞ şəhidlərin adını əbədiləşdirmək üçün Lənkəran şəhərində onlara abidənin qoyulmasında və həmin işin şərəflə yerinə yetirilməsində yaxından iştirak etmiş və bu işdə daha çox əməyi olan İlham Cabbarlının, Azad Şəfiyevin, İqbal Məmmədovun adlarının qeyd olunmasını özlərinə borc bilmişdilər. Ölkənin bütövlüyünə xələl gətirən "separatçılığın dövlətə, vətənə və millətə xəyanət" olduğunu israrla bildirən tədqiqatçı alim Vaqif Şirinoğlu IV fəsildə mərhum Əbülfəz Elçibəyin demokratik hakimiyyətlə bağlı yazmış olduğu məqalədən qısa bir iqtibas verməklə əsas məsələyə başlamaq niyyətində olduğunu qeyd edir: "Biz müxalifətdə olanda xalqa çox şey vəd etmişdik və bütün vədlərimizdə səmimi idik. Lakin reallıq bizim təsəvvür etdiyimizdən də qat-qat ağır, mürəkkəb, maneələr daha ciddi, düşmən daha məkrli imiş. Odur ki, bir il ərzində bizim edə bildiyimizlə vədlərimiz həqiqətən fərqli oldu... Biz qarşıya çıxan və çox zaman süni şəkildə yaradılan çətinlikləri aradan qaldırmaq, əsl müstəqilliyə və demokratiyaya doğru addım-addım, qətiyyətlə irəliləyən bir neçə keçmiş sovet respublikalarından olduq. Bu isə təbii ki, bir tərəfdən yenidən Azərbaycanı modernləşdirilmiş imperiyanın quluna çevirməyə çalışanları, digər tərəfdən isə köhnə sovet respublikalarında itirilmiş hakimiyyətlərini bərpa etmək istəyən yerli kommunist qüvvələri narahat etməyə bilməzdi. Bu iki qüvvənin marağı üst-üstə düşərək Gəncə qiyamının partladıcısı rolunu oynadı" (səh.114).
Kitabdakı o zamanlar AXC-nin rəhbəri olan Elçibəyin məqaləsindən verilmiş sitata fəlsəfi yanaşdıqda dərk etmək olur ki, Azərbaycanın müstəqilliyinin, bütövlüyünün qorunması uğrunda aparılan çoxcəhətli, müxtəlif məqsədlər güdən, müxtəlif mənafelərə xidmət etmək yolu ilə şiddətlənən mübarizədə Azərbaycan ərazisinin bütövlüyünün iplərini nazildən qüvvələrin peyda olub milləti çaşqınlığa salmaq niyyətlərinin fəlakət doğuracağını düşünənlər olub. Lakin işin, problemin müsbət aspektdə həll edilməsinə bilərəkdən maneçilik, müqavimət göstərmək cəhdlərinin qabağını almaq üçün Heydər Əliyev kimi güclü şəxsiyyətə ehtiyac duyulurdu. Elçibəyin bu aspektdən yazdığı məqaləsinin sanki bir "etiraf etmək" tərəfi də olmuşdur ki, bu da alqışa layiqdir. Bu alqış hər hansı siyasi mübarizənin ortalarında burulğana düşməmək üçün gedilən yoldan geri qayıtmaq səbəbini müəyyən məqamlarda eyhamlı şəkildə bildirmək, xalqı sanki bütövlük uğrunda çağırışa dəvət eləməkdən doğur. Belə məqamlar üçün Xalq şairi Bəxtiyar Vahabzadə necə də gözəl demişdir:
Etiraf eləyən bir dil yorulmaz,
Danışan dil deyil, çünki ürəkdir.
Etiraf! Hamıda bu ürək olmaz
Etiraf özünü görmək deməkdir.
Ə.Elçibəyin məqaləsindəki “etiraf”la bağlı tərəfinin əsil həqiqətləri bəlli idi. Müəllif bütöv Azərbaycanı bir neçə tərəfdən parçalamaq istəyən qüvvələri, “sapı özümüzdən olan baltalar” kimi qələmə verir.
Tədqiqatçı həmçinin cənubda Talış Muğan Respublikası qurmaq qərəzli ideyasına mənsub Əlikram Hümmətovu, bu ideyanın bir çox ideoloq və aparıcılarından olan Hilal Məmmədov, Gəncə qiyamının başında duran Surət Hüseynov, Rusiya ilə mütəmadi əlaqə saxlayan Araz Əlizadə kimi sosial demokratları və onların havadarlarını imperiyadan ayrılıb yenicə müstəqilliyə qədəm qoyan respublikamızda çaxnaşmalar və çaşqınlıqlar salmaqla Heydər Əliyev kimi güclü şəxsiyyəti daim dəstəkləyən müsbət fikirli, xalqı və dövləti bütöv şəkildə görmək istəyən və dərindən sevib uğrunda mübarizə aparan cəmiyyətin olduqca sayılıb seçilən adamlarına böhtanlar atıb onları nüfuzdan salmaq hallarına da münasibət bildirmişdir.
“Lənkəran xatirələri” kitabının müəllifi Vaqif Şirinoğlu Abışovla birlikdə o illərə etdiyimiz ekskursiyadan kimlərin haqlı, kimlərin haqsız olduqları barədə sağlam düşüncə ilə mətbuatlarda çıxış etməyin vaxtı çatdığını, Azərbaycanın ən yeni tarixşünaslığında bunların işıqlandırılmasını yeni nəslin ixtiyarına buraxmaqla əsl həqiqətin daha inamlı, dürüst olmasını əks etdirən daha yeni-yeni tarixi əsərlərin meydana çıxmasına ümid bəsləyirik. Tədqiqatçı, tarixşünas-alim Vaqif Şirinoğluya da 1988-1993-cü illərdə baş vermiş ictimai-siyasi və tarixi hadisələrin gedişatının xarakterini planlı, mündəricat əsasında qələmə aldığına və özünün çox zaman təhlükəli məqamlarda iştirak edib Lənkəranın Qarabağ harayı və separatçılığın fəsadları, dövlətə, Vətənə, millətə xəyanət olduğu barədə tutarlı dəlillərin axtarışında böyük fəallığı və qoçaqlığına görə sonsuz təşəkkür edirik.