REDAKSİYA - NƏŞRİYYAT


Şöbə müdiri kimya üzrə fəlsəfə doktoru Həşimov Adil Heydər oğlu

    Redaksiya və Nəşriyyat şöbəsi 2005-ci ildən təşkil olunub və şöbənin əsas işi İnstitutun Elmi Şurasının qərarı ilə nəşr olunan “Fəlsəfə”, “Elmi Əsərlər” və “Şərq-Qərb: sivilizasiyaların dialoqu” adlı elmi-nəzəri jurnalların materiallarının yığılıb redaktə olunması, çapa hazırlanması və çap edilməsidir.
    Ötən illərdə çap olunmuş jurnallar:
    “Fəlsəfə” elmi-nəzəri jurnalının 2005-2010-cu illərdə 14 sayı çap olunub.
    “Şərq-Qərb: sivilizasiyaların dialoqu” elmi-nəzəri və ictimai-siyasi jurnalın 2005-2010-cu illərdə 10 sayı çap olunmuşdur.
    “Elmi Əsərlər” beynəlxalq elmi-nəzəri jurnalının 2005-ci ildən bu günə qədər 27 sayı çap olunmuşdur. Hal-hazırda 28-ci sayı çapa hazırlanır.
    Bununla yanaşı şöbə İnstitutun Elmi Şurasının çapa tövsiyə etdiyi monoqrafiyaların, elmi-nəzəri konfrans materiallarının və kitabların qismən redaktə olunması və çapa hazırlanmasını həyata keçirmişdir.
    Qeyd etmək lazımdır ki, şöbə çap işi ilə yanaşı İnstitut tərəfindən nəşr edilmiş jurnal, kitab və konfrans materiallarının toplularının müəlliflərə, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi kitabxanalara çatdırılmasını həyata keçirmişdir.
Şöbədə 6 nəfər əməkdaş çalışır.