KADRLAR ŞÖBƏSİ


    Kadrlar üzrə şöbənin işinə rəhbərlik edir, işçilərin əmək müqaviləsinin bağlanmasını, işə davamiyyət tabellərinin verilməsini, kadrların hərəkəti haqqında məlumatın hər ay AMEA-nın Rəyasət heyətinə təqdim edilməsini təşkil edir, ixtisas artırılmasını, kadrlara olan təlabat haqqında lazımi rəhbərliyə məlumat verilməsini, sənədlərin möhürlə təsdiq edilməsini yerinə yetirir.

    Ağaquliyeva Səbinə Əlibala qızı – АМЕА Fəlsəfə İnstitutu Kadrlar şöbəsinin müdiri
    1973-cü ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı İnşaat texnikumunun Mehmanxana və turist komplekslərində xidmətin təşkili fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetinin Maliyyə və iqtisadiyyat fakültəsini bitirib.
    Əmək fəaliyyətinə 1992-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda başlayıb. 1992-ci ildə böyük laborant, 2003-cü ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda referent, 2011-ci ildən hazırkı vaxta qədər həmin İnstitutda “Kadrlar” şöbəsinin müdiri vəzifəsində çalışır.
    Kərimova Elnaz Ağaqulu qızı – Kadrlar şöbəsinin mütəxəssisi
    1971-ci ildə Bakı şəhərində anadan olub.
    Əmək fəaliyyətinə 2007-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar institutunda başlayıb. 2017-ci ilin aprel ayına qədər operator vəzifəsində çalışıb. 2017-ci ilin may ayından Kadrlar şöbəsində mütəxəssis vəzifəsində çalışır.
    İşçilərin şəxsi işlərini, vərəqələrini işləyir, hazırlayır, işçilərə əmək haqqının, arayışların və məzuniyyətləri verilməsinin uçotunu aparır.