İSLAM FƏLSƏFƏSİ


Şöbə müdiri: AMEA-nın müxbir üzvü Könül Bünyadzadə

İslam fəlsəfəsi şöbəsi – 2004-cü ildən “Dinin fəlsəfəsi” şöbəsi adı ilə yaranmış, 2008-ci ildən isə şöbənin adı dəyişdirilərək “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” adlandırılmışdır. Şöbə İnstitutun keçmiş direktoru f.ü.e.d. Yusif Rüstəmovun təşəbbüsü ilə yaradılmış, əvvəlcə f.e.n. Həsən Hüseynov (2006-2008-ci illərdə), 2008-2017-ci illərdə isə f.e.d. Sakit Hüseynov rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 nömrəli qərarına müvafiq olaraq AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun adı və strukturu dəyişdirilərək Fəlsəfə İnstitutu adlandırıldığından institutun yeni strukturunun təsdiq edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar AMEA-nın İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın Fəlsəfə İnstitutunun yeni strukturunu təsdiq etmişdir.
Hazırda şöbəyə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə rəhbərlik edir.
Şöbənin əsas elmi istiqaməti – dinşünaslıq və mədəniyyətin fəlsəfi problemlərinin araşdırılmasıdır. Hazırda şöbədə iki ixtisas indeksi mövcuddur:
1.Dinşünaslıq – 71.13.01. İxtisasın formulu: «Dinşünaslıq» ixtisası dinin yaranması, dinin psixologiyası və sosiologiyasının qarşılıqlı əlaqəsini öyrənir. Dinşünaslıq ixtisası fəlsəfi-antropoloji və fəlsəfi-kulturoloji biliklərin qovşağında yerləşir.
Tədqiqat sahələri: Azərbaycanda dövlət və din münasibətləri; Davamlı insan inkişafında din və mədəniyyətin rolu; Dinşünaslıq təliminin inkişaf tarixi; Dinşünaslığın tədqiqi metodları; Dinşünaslıq və teologiya; Din və elm: tarix və müasirlik; Mifologiya və din; Müasir fəlsəfi tədqiqatlarda din problemi; Din və mədəniyyətin qarşılıqlı əlaqəsi; Din, əxlaq və adət-ənənələr; Dini tolerantlıq mədəniyyəti.
Dinşünaslığa yaxın ixtisaslar: fəlsəfə, fəlsəfə tarixi, ilahiyyat, dinin sosiologiyası. Elmi dərəcələr mənsub edilən elm sahələri: fəlsəfə elmləri.
2. Dinin tarixi və fəlsəfəsi – 7214.01. İxtisasın formulu: «Dinin tarixi və fəlsəfəsi» ixtisası kompleks xarakter daşıyır; onun məzmunu 2 elm sahəsinin birləşməsi ilə şərtlənir. Tədqiqat obyekti kimi burada dinin tarixi və dinin fəlsəfəsi çıxış edir. Tədqiqat sahələri:
Dini fəlsəfi təlimlər tarixi; Dinin fəlsəfəsi və teologiya; Sosial-iqtisadi, siyasi və sosiomədəni kontekstlərdə konkret din tarixlərinin tədqiqi; Dinin tarixi inkişafının qanunauyğunluqları, müasir dünyada dini təkamülün tendensiyaları; Fəlsəfə tarixində din problemi; Dinin yaranmasının və mövcudluğunun əsasları; Tarix və dinin fəlsəfəsinin müasir istiqamətləri; Dünya dinlərində inam və teoloji konsepsiyalar; Teizm, panteizm, deizm, panenteizm: məzmunu və müqayisəli baxışlar; Din fəlsəfəsinin tarixi və müasir istiqamətləri.
Yaxın ixtisaslar: fəlsəfə, dinşünaslıq, fəlsəfə tarixi, ilahiyyat.
Elmi dərəcələr mənsub edilən elm sahələri: fəlsəfə elmləri.
3. Mədəniyyətin fəlsəfəsi - ixtisasın əvvəlki şifrəsi – 09.00.13. İxtisasın formulu: Öz istiqamətinə görə fəlsəfə elmləri ixtisasına daxil olan “Mədəniyyətin fəlsəfəsi” (ixtisasın əvvəlki şifrəsi – 09.00.13) ixtisası hazırda MDB ölkələrinin əksəriyyətində (Rusiya, Ukrayna, Belarus və s.) kompleks xarakter daşıyır və öz məzmununa görə cəmiyyət həyatının mədəniyyətlə bağlı sahələrinin tədqiqi ilə məşğuldur. Göstərilən ixtisas konkret olaraq “Fəlsəfi antropologiya və mədəniyyətin fəlsəfəsi” sahələrini əhatə edir.Mövcud ixtisasda əsas tədqiqat obyekti – mədəniyyət, insan və onların müxtəlif aspektlərinin fəlsəfi cəhətdən tədqiq edilməsindən ibarətdir.
Tədqiqat sahələri: Mədəniyyətin fəlsəfi və sosioloji problemlərinin araşdırılması; Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası; Davamlı insan inkişafında mədəniyyətin rolu; Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq; İnformasiya mədəniyyəti; Mədəniyyətdə postmodernizm meylləri; İslam və Qərb mədəniyyətinin qarşılıqlı təsiri; Dövlətçiliyin inkişafında mədəniyyətlərin rolu; Məişət mədəniyyətinin tədqiqi.
Hazırda İslam fəlsəfəsi şöbəsində 1 baş elmi işçi, 1 aparıcı elmi işçi, 2 böyük elmi işçi və elmi işçi fəaliyyət göstərir.