10.10.2017, 12:11 - Baxış sayı: 1360

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi və 2017-ci il “İslam Həmrəyliyi ili” münasibətilə tədbir keçirilib+VİDEO


Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi və 2017-ci il “İslam Həmrəyliyi ili” münasibətilə tədbir keçirilib+VİDEO


















Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi və 2017-ci il “İslam Həmrəyliyi ili” münasibətilə YAP Sabunçu rayon təşkilatının və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10.10.2017-ci il tarixdə tədbir keçirilib.
Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə eləmləri doktoru, professor, YAP-ın üzvü İlham Məmmədzadə, Sabunçu rayon İcra Hakimiyyətinin müavini, YAP-ın üzvü Rəna Fərəcova və AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor, YAP-ın üzvü Rəna Mirzəzadə çıxış etdilər. Bir qrup fəlsəfə elmləri doktoru, professorlar da tədbirdə iştirak edirdilər.
Tədbir iştirakçıları dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, partiyanın 25 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında geniş məlumat verdi.
M.Abasquliyeva qeyd etdi ki, YAP-ın 25 illik yubileyi “İslam Həmrəyliyi İli” ilə bir ilə təsadüf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Sülhə Çağırışdır.”