Professor İlham Məmmədzadə CBC televiziyasının qonağı olub
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə CBC televiziyasına müsahibə verib.
Alim müsahibəsində döyüş meydanında qazanılmış qələbələrin diplomatik müstəvidə də öz bəhrəsini verdiyini və yekunda imzalanmış üçtərəfli bəyanatla Ağdam və Kəlbəcərin heç bir atəş açılmadan işğaldan azad edildiyini söyləyib. O, Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış Azərbaycan şəhərlərinin erməni vandalizminin bariz sübutu olduğunu bildirib. Həmçinin ölkəmizdə mövcud olan tarixi multikultural ənənələrə toxunub, bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc şəkildə yaşadıqlarını vurğulayıb.