19.11.2020, 13:17 - Baxış sayı: 856

“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib


“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib19-20 noyabr tarixlərində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda YUNESKO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunmuş “Rəqəmsal elm, informasiya texnologiyaları və fəlsəfə” mövzusunda onlayn Beynəlxalq konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən və faydasından danışaraq, rəqəmsal elmin və informasiya texnologiyalarının fəlsəfəyə təsirindən söz açdı. Fəlsəfə Günü münasibəti ilə konfrans iştirakçılarını təbrik edən İlham Məmmdəzadə sözü AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyliyə verdi.
Akademik İsa Həbibbəyli konfrans iştirakçılarını Qalib Prezident, Ali Baş Komandan İlham Əliyevin erməni işğalçıları üzərində tarixi qələbəsi münasibəti ilə konfrans işltirakçılarını təbrik etdi və erməni işğalçıları üzərində qələbədən sonra AMEA-nın Humanitar və İctimai elmlər bölməsinin elmi-tədqiqat institutları qarşısında duran əsas vəzifələrin müəyyən edildiyini vurğuladı. O, həmçinin qeyd etmişdir ki, erməni işğalçıları Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində çox böyük saxtakarlıqlar aparmış, coğrafi yer adlarını, tarixi toponimlərin, abidələrin adlarını dəyişdirərək özünüküləşdirməyə cəhd edərək dünyaya təqdim etmişdir. Odur ki, AMEA-nın Humanitar və İctimai elmlər bölməsinin institutuları - Fəlsəfə və Sosiologiya, Tarix, Arxeologiya və Etnoqrafiya, Ədəbiyyat, Memarlıq və İncəsənət, Dilçilik və Folklor institutları və başqaları erməni saxtakarlıqlarını aradan qaldıraraq əsl tarixi həqiqətlərin dünyaya çatdırılmasında apardıqları elmi-tədqiqat işlərinin əhatəsini genişləndirməli və erməni saxtakarlığını aradan qaldırılmasına dəstək olmalıdırlar.
Akademik İsa Həbibbəyli həmçinin qeyd etmişdir ki, indiki durumda Fəlsəfə və Sosiologiya İnstitutu multukilturalizm, dini tolerantlıq üzrə on illər bundan əvvəl başladığı işi yeni şəraitdə daha da genişləndirməlidirlər. Bu sahədə Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin nailiyyətlərini diqqətə çatdırımalıdırlar. Məhz bu baxımdan Azərbaycanda yaşayan çoxsaylı xalqların, milli azlıqların və müxtəlif konfessiyanın arasında tolerantlığın, dini dözümlülüyün, Azərbnaycançılıq ideologiyasının Azərbaycan cəmiyyətində yüksək səviyyədə olduğunu və Azərbaycan dövlətinin siyasətinin ana xəttini təşkil etdiyini göstərmişdir.
“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilibSonra AMEA, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə “Müasir fəlsəfənin əsas tendensiyaları haqqında”, Genuya Universitetinin professoru Quido Amoretti: “Distant tədrisdə kommunikativ effektivliyin itirilməsi: bəzi düşüncələr”, Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli “Vətən müharibəsində qələbəmizin fəlsəfəsi”, Kassino və Şərqi Latso Universiteti (İtaliya) və İMİ-NOVA Beynəlxalq Menecment İnstitutu (Moldova), professoru Alessandro Fiqus “Pandemiya fəlsəfəsi siyasət, iqtisadiyyat və səhiyyə sahəsində”, Rusiya Prezidenti yanında Maliyyə Universitetinin professoru Tahir Mahammatov “Fəlsəfə haqqında: fəlsəfi biliyin spesifikası”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi və ictimai fikir” şöbəsinin baş elmi işcisi, f.e.d., professor Zümrüd Quluzadə “Müasir informasiya cəmiyyətində millət və milli mədəniyyət anlayışlarının məzmunu”, Bolqarıstan Elmlər Akademiyasi Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Albena Nakova “Süni intelekt: işçi qüvvəsi və peşələrin gələcəyi- mənəvi dilemmalar”, AMEA-nın müxbir üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam fəlsəfəsi”şöbəsinin müdiri Könül Bünyadzadə “Fəlsəfi məsləhətləşmə və müasir cəmiyyət”, Bolqarıstan Elmlər Akademiyasi Fəlsəfə və Sosiologiya İnstitutu “Sosial nəzəriyyələr, strategiya və proqnozlar” departamentinin rəhbəri, professor Boqdano Todorova “Süni intellekt və mümkün etik hüdudlar” Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, f.e.d., professor Rəna Mirzəzadə “İlham Əliyev strategiyasında rəqəmsal elmin inkişafı və Qarabağ problemi informasiya müharibəsi kontekstində”, Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri, f.e.d., professor Afaq Rüstəmova “Rəqəmsal texnologiyaların bəşəriyyətin gələcək inkişafına təsiri”, Əlcəzair Milli araşdırmalar mərkəzi Elmi tədqiqatlar üzrə direktor, professor Zaim Xənşələvi “Süni zəkanın prinsipləri: süni zəka etikasına dair hərtərəfli hüquqi sənədin hazırlanması”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib“Müasir fəlsəfi problemləri” şöbəsinin müdiri, f.e.d., professor Əli Abasov və Turizm və Menecment Univeristetinin doktorantı, siy.e.ü.f.d., Mirfərəc Abasov “Fəlsəfə digital şəraitdə”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosiologiya” şöbəsinin müdiri, f.e.d. Rəfiqə Əzimova “Həyat fəlsəfəsi qlobal proseslərinin prizmasında”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Estetika” şöbəsinin müdiri, f.e.d. Adil Əsədov “Sünni intellekt təfəkkürün kibernetik modeli kimi”, Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov, “Rəqəmsal elmin fərdi və ictimai şüura təsiri”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Məntiq” şöbəsinin baş elmi işçisi, f.e.d., professor Arif Bünyadov “Ekspert sistemləri yaradılmasında qeyri-səlis məntiq nəzəriyyəsinin təsviqinin məntiqi-metodoloji xüsusiyyətləri”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, f.e.d Ziba Ağayeva “Rəqəmsal cəmiyyət və rəqəmsal mədəniyyət”, f.ü.f.d. Ariz Gözэlov "Национальная консолидация как новый атрибут самосознания", Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosiologiya” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Heydər Aslanov “Kibernetik transqressiya və Diogenin axırıncı çəlləyi”, “Beynəxalq münasibətlər” şöbəsinin müdiri, f.ü.f.d. Zöhrə Əliyeva “Sünni intellektin etikası: problemlər, inkişafın imkan və məhdudiyyətləri”, “Məntiq” şöbəsinin doktorantı Pərvin Yusifzadə “İnformasiya texnologiyalarının işlənməsində riyazi məntiqin tətbiqinin əsas istiqamətləri” və digər çıxışçıların məruzələri dinlənildi.

75-illik-konfrans-english.pdf [256,88 Kb] (Yüklənib: 7)
75-illik-le-bagli-konfrans-proqram.pdf [271,89 Kb] (Yüklənib: 10)