13.11.2020, 10:55 - Baxış sayı: 516

Qarabağ problemi qlobal sosioloji təhlil kontekstində...


Əhməd QƏŞƏMOĞLU,
iqtisad elmləri doktoru, sosioloq

Çox təəssüf ki, indi yer üzündə ciddi, dağıdıcı, təhlükəli proseslər gedir. Bu proseslər ona görə çox qorxuludur ki, onların hesabına yer üzündəki müxtəlif xarakterli problemlər günü-gündən daha da artmaqdadır. Bu proseslərin dayandırılması üçünsə zəruri olan tədbirlər həyata keçirilmir. Belə bir vəziyyətin yaranmasının bir çox səbəbləri vardır. Bu səbəblərdən ən başlıcası qlobal səviyyədə həyata keçirilən siyasətdir. Bu siyasətin formalaşmasının, yer üzünü öz cənginə almasının günahı daha çox güc mərkəzləri olan, yer üzünün inkişafına yön verən ölkələrdir. Bu günah eyni zamanda bu siyasətin formalaşmasında mühüm rol oynayan alimlərdə - filosoflarda, sosioloqlarda, politoloqlarda, iqtisadçılardadır. Təqdim olunan məqalənin əsas məqsədi günahkar axtarmaq yox, Qarabağ probleminin yaranmasının və indi belə ağır bir müharibənin getməsinin səbəblərini sosioloji tərəfdən araşdırmaqdır.
Son iki yüz ildə formalaşan indiki qlobal siyasət daha çox praqmatik yanaşma hesabına bu vəziyyətə gəlmişdir. Hərbi imkanları daha çox olan ölkələr yer üzünə əsasən öz maraqlarına uyğun bir gözlə baxmış, özlərinin daha çox varlanmaları, iqtisadi, hərbi sahədə güclənmələri haqda düşünmüşlər. Ümumi, bəşəri maraqlar yaddan çıxmış, yaxud arxa plana keçmişdir.
Bunun da öz səbəbləri vardır. Hər zaman istənilən social sistemi, o cümlədən yer üzünü də hərəkətə gətirən, baş verən prosesləri tənzimləyən bir aparıcı ideyaya ehtiyacı vardır. O ideyanın xarakteri baş verən proseslərə ciddi təsir edir. Orta əsrlərdə yer üzündə bu aparıcı ideya cəngavərlik ideyası idi. Dövlətlər öz aralarındakı münasibətləri əsasən güc əsasında müəyyənləşdirirdilər. XVI əsrdən sonar güclənən, öz inkişaf yolunu müəyyənləşdirən Avropa hələ də bu dəyərlərin təsiri altında idi. Elmin inkişafı hesabına Avropada uzun müddət tərəqqi, maarifçilik ideyası aparıcı rol oynasa da, güc, müstəmləkəçilik ideyaları da inkişaf etməyə, yeni forma almağa başladı. Kapitalizmin inkişafı ilə maddiyyatçılıq, dünya malına hərislik, istismarçılıq ideyaları xeyli inkişaf etdi.
XV – XVI əsrlərdən başlayaraq yeni dövrün formalaşmasında Avropanın diktəsi gücləndikcə orta əsrlərdə, şərq müdrikləri tərəfindən mənəvi amillər əsasında müəyyənləşmiş prinsiplər bir yana qoyulmuş, onların yerini, daha çox rasional düşüncə, paraqmatik prinsiplər əsasında formalaşan maraqlar tutmuşdur. Bu yeni xətt bir müddət - iki əsrdən bir az artıq dövrdə pozitiv cəhətdən diqqəti cəlb edən nəticələr versə də, artıq ötən əsrin ortalarından başlayaraq fəsadlar verməyə başlamışdır. Bu da olduqca təbii idi. Çünki, yalnız praqmatik tələblərlə, rasionl düşüncə ilə formalaşan prinsiplər birtərəfli olur və yer üzünün, obyektiv reallığın tələblərini tamamilə əhatə edə bilmir. Yer üzündəki proseslər mürəkkəbləşdikcə, bu proseslərin idarə olunması üçün daha adekvat metodlar tələb olunur.
Bu yanaşma özünü elmdə də göstərdi. Əsasən, praqmatik prinsiplərlə, rasional düşüncə ilə inkişaf etdirilən Avropa elmi həyatın bütün sahələrində ciddi problemlər yaratmağa başladı. Məsələn, qərb elmi düşüncəsinə görə, iqtisadiyyat elminin əsas vəzifəsi, məhdud resurslar çərçivəsində insanların qeyri-məhdud təlabatını maksimum səviyyədə ödəmək üçün yollar axtarmaqdır. Halbuki, iqtisadiyyat elmi tamamilə başqa bir yolla getməli və yer üzünün resurslarından optimal istifadə etməklə hər bir kəsin təlabatını onun öz təyinatına uyğun olaraq daha məhsuldar fəaliyyət göstərməsi üçün yollar axtarmalı idi. Fiziklər mənəvi amilləri, humanizm prinsiplərini arxa plana keçirib dəhşətli silahların yaranması sahəsində kəşflər etdilər. Amma əslində onlar insanların rifahının yaxşılaşması üçün təbiətin potensialının daha çox açılması, təbii enerji mənbələrinin yaradılması problemləri ilə məşğul olmalı idilər. Kimya elmi insan orqanizmi üçün ciddi zərər verən maddələr kəşf etmək əvəzinə, təhlükəsiz kimyəvi mallar yaratmaq sahəsində çalışmalı idilər. Bioloqlar bilməli idi ki, insan həyatı üçün təhlükəli tədqiqatlar aparmaq-süni yolla genləri dəyişmək, viuslar yaratmaq yolverilməzdir. Kütləvi qırğın silahları yaratmağa qadağa qoyulmalı idi. Tibb elmi insanın orqanizminin potensialını üzə çıxarmaqla müalicə üsulları axtarmalıydı. Sosioloqlar, demoqraflar əsas diqqəti pozitiv sosiologiyaya yox, mənəvi dəyərlərə əsaslanan tədqiqatlarla cəmiyyətdə daha ahəngdar münasibətlərin qurulması sahəsində nəzəriyyələrə yönəltməli idi. Siyasətşünaslar tamahkar məqsədə çatmaq üçün hiylə, kələk gəlmək yolları, ikiüzlülük, çoxüzlülük yolları axtarmaqla yox, kainatın mövcudluq və fəaliyyət prinsiplərinə əsaslanan ədalətli qərarlar qəbul etmə yolları haqda düşünməliydilər və s. Bütün başqa elm sahələri də yalnız həyatın firavanlığına, insanın xoşbəxtliyinə kömək edə bilən araşdırmalar aparmalı, ortaya mütərəqqi nəticələr qoymalı idilər. Bu sadalananların hamısının zərurətini fəlsəfə elmi izah etməli idi. Təəssüf ki, bütün bunlar baş vermədi.
Bunları sadalamaqda məqsədim müasir elmlərin uğurlarına kölgə salmaq deyil. Əksinə, əldə edilmiş böyük uğurların nədən yer üzündə əmin-amanlıq yaratmasına lazımi qədər kömək edə bilmədiyini, əksinə, bir sıra hallarda təhlükələr yaratdığının səbəbləri haqda danışmaqdır. Diqqəti elmin inkişaf xəttində yarımçıq olanlara yönəltmək, eyni zamanda qlobal siyasətin nədən bu halda olması haqda da mülahizələrimi bildirməkdir.
Yer üzündə problemlərin bu qədər çoxalmasının əsas, başlıca səbəblərindən biri, güc mərkəzlərinin öz maraqlarını, o maraqları həyata keçirmək üçün metodları indiki dövrün mahiyyətinə uyğun seçə bilməmələridir. Müxtəlif ciddi problemlərə baxmayaraq, sürətlə qlobollaşma gedən yer üzündə indi daha qarşıya ötən əsrlərdəki kimi hədəflər qoymaq, bu hədəflərə çatmaq üçün keçmişin metodlarından istifadə etmək doğru yol deyildir. İndi güc mərkəzlərinin hər biri çalışır ki, yer üzündə gedən yeni nizamlanma ona öz maraqlarını həyata keçməyə kömək etsin. Ona görə də onlar təbii-tarixi proses olan qlobollaşmaya subyektiv müdaxilələr edirlər. Bu müdaxilələr indiki dövrün xarakterinə uyğun olaraq seçilsə idi, belə gərginlik yaranmazdı. Belə bir misal çəkək. Məsələn, cərrah xəstənin orqanizminə müdaxilə edəndə tibbi qaydalara əməl etdikdə, orqanizmin məxsusi xüsusiyyətlərini nəzərə aldıqda, həmin cərrahi əməliyyat uğurlu keçir. Əksinə olduqda isə, xəstənin halı fənalaşır, bəzən o insan məhv olur. İndiki dövrdə güc mərkəzləri naşı cərrah rolu oynayırlar. Onlar yer üzünün problemlərinin qapılarına əyri açar salmaqla məşğuldurlar.
Yer üzü get-gedə mürəkkəbləşir. Belə bir vəziyyətdə həm qlobal, həm də lokal səviyyədə idarəetmə metodlarının ahəngdarlıq prinsiplərindən doğan, ahəngdarlığa xidmət edən idarəetmə metodları olmasına çox böyük ehtiyac vardır. Əks halda, dünyada baş verən mürəkkəbləşmə daha idarəolunmaz yöndə inkişaf edir. Təəssüf ki, indi güc mərkəzlərinin dağıdıcı xarakter daşıyan ambisiyaları onlara bu həqiqəti dərk etməyə imkan vermir. Onlar daha çox qlobollaşma prosesinə ahəngi pozan metodlarla müdaxilə edirlər. Düşünürlər ki, bu yolla öz maraqlarına daha tez nail olacaqlar. Bu metodlardan ən qorxulusu, müxtəlif ölkələrdəki proselərə müdaxilə edilən zaman şər qüvvələrin xidmətindən istifadə etməkdir.
Son 43 ildə yer üzündə mövcud olan olduqca mühüm, yer üzünün indiki nizamına təsir edən ən ciddi problemlərdən biri də Qarabağ problemidir. Bu problem də həmin yanlışlıqların nəticəsində yaranmışdır. Bu bəla təkcə Azərbaycanın, Ermənistanın, Cənubi Qafqazın yox, ümumiyyətlə, bütün yer üzünün həyatında mühüm bir rol oynadı və bu davam etməkdədir. Sanki, bir orqanizmin dərinliklərində, kiçik bir orqanda açılan yara bütün bədəni silkələyərək başqa mühüm orqanları da təsir etməkdədir. Bu yara orada irinlədikcə həmin orqanizmin həyatı bütünlükdə təhlükə altına düşməkdədir.
Qarabağ problemi o zaman başladı ki, bütün yer üzündə gözəl bir dövranın başlanması üçün şərait yaranmışdı. Sürətlə gedən qlobollaşma prosesləri yer üzünü siyasi cəhətdən ikiqütblülükdən, qarşıdurmadan xilas edərək vahid, məsud bir məkana çevirmək üçün geniş imkanlar yaratmışdı. Yer üzü bu tarixi şansdan istifadə edə bilsəydi, bütün xalqların, o cümlədən ermənilərin də daha firavan yaşayıb öz mədəniyyətini, iqtisadiyyatını inkişaf etdirməsinə, qlobal problemlərin həllində fəal iştirak etməsinə geniş imkanlar yaranacaqdı. Yer üzünün əlinə çox böyük bir fürsət düşmüşdü. Bu fürsəti kainatın, yer
üzünün obyektiv inkişaf qanunları yaratmışdı. Bu inkişaf qanunları hər zaman ahəngdar inkişafın bərpa olunmasına şərait yaradırlar. Amma, təəssüf ki, bütün tarix boyu yer üzündə, hər bir sistemdə bu obyektiv inkişaf qanunlarına əks təsir göstərən pozucu qüvvələr də özünü göstərir. Bütün tarixi faktları təhlil etdikdə, görmək çətin deyil ki, belə dağıdıcı qüvvələrin ən fəal alətlərindən biri erməni xislətidir.
Erməni fenomeni. İnsanlarda lap qədimdən dünyanın iki qüvvənin - “xeyir” və “şər” qüvvələrinin təsiri altında olması fikri formalaşmışdır. Zərdüştlük fəlsəfəsi, təlimi də bu inam üzərində yaranmışdır. Bütün dinlər də bu inamı təlqin edir. Bədii, dini izahları bir tərəfə qoyub təhlil etsək, yenə də bu fikrə gəlmək olar ki, dünyada hər zaman ahəngdarlığı pozan bir dağıdıcı qüvvənin də təsiri duyulmaqdadır. Bu dağıdıcılığın əsas mənbəyi isə yarımçıq, birtərəfli, nöqsanlı varlıqlar, düşüncələr, proseslərdir. Kamillik hər zaman ahəngdar münasibətlər yaratmaqla “xeyir” in mənbəyi kimi özünü göstərirsə, “şər”in mənbəyi nöqsanlılıqdır. Bu nöqsanlılıq çox olduqca, “şər” in gücü daha artıq olur. Bu insanlar üçün də belədir, təşkilatlar, toplumlar, xalqlar üçün də, siyasət üçün də. Təəssüf ki, müasir dövrdəki siyasətdə bu nöqsanlar həddindən artıq çoxdur. Ona görə də bugünki qlobal siyasət daha çox şər qüvvənin daşıyıcısı, təmsilçisi rolu oynayır. Quruculuğa yox, dağıdıcılığa daha çox səbəb olur.
Ermənilərin bütün tarixi boyu ortada olan əməlləri də onu göstərir ki, onlar da öz xarakteri, xüsusiyyətləri, fəaliyyətləri etibarı ilə əsasən “şər” qüvvənin təmsilçiləridir. Tarixi keçmişi satqınlıq, ikiüzlülk, hiyləgərlik, xəyanət faktorları ilə zəngin olan ermənilər öz davranışları ilə bütün etnik mənsubiyyətlərdən seçilirlər. Bu xarakteri onlarda bir etnik mənsubiyyət kimi formalaşmaları prosesi, bunun nəticəsində onlarda formalaşmış komplekslər, öz xəyanətkarlıqları hesabına öz başlarına gələn müsibətlər yaradıbdır. Psixologiya, sosial psixologiya, bihoverizm(davranış haqda elm) elmlərinin köməyi ilə belə bir xarakterin formalaşmasının səbəblərini dərindən izah etmək olar. Onların formalaşdığı, keçdiyi həyat yolunu qədim peşə sahibləri adlanan əxlaqsız qadınların həyat yolu ilə müqayisə etmək olar. Ona görə də ermənilərin davranışları ilə əxlaqsız və kələkbaz qadınların davranışlarında bir çox oxşarlıqlar vardır. Onlar da həmin qadınlar kimi öz məqsədlərinə çatmaq üçün hər bir yola əl atmağı özlərinə rəva görürlər. Çətinliyə düşəndə ağlayırlar, güclü olanlardan kömək istəyirlər, onlara sığınırlar, onlara sevgi göstərirlər. Sığındıqları həmin güclülər bir problemlə rastlaşanda, zəifləyəndə ona arxadan zərbə vuraraq onun varidatına sahib olmaq istəyirlər. Bütün tarix boyu belə qadınlardan müxtəlif məqsədlər üçün istifadə edilir – gah oğurluqda, gah casusluqda, gah kimi isə zəhərləməkdə, hanısısa siyasəti həyata keçirməkdə və s. Belə qadınlar hər zaman məmuniyyətlə kiminsə əlində alət olmağa razı olurlar. Sistem nəzəriyyəsində belə bir anlayış var: “sistemin aləti”. Bütün etnik mənsubiyyətlərin demək olar ki, hamsına bir müstəqil sistem kimi baxmaq olar. Yalnız ermənilərdən başqa. Ona görə də ermənilərə başqalarının öz məqsədləri üçün istifadə etdikləri bir alət xalq kimi də adlandırmaq olar.
XIX əsrin əvvəllərində Rusiya İranın bir hissəsini işğal etdikdən sonra da ermənilər bir alət xalq olaraq istifadə olundular. Rusiya onların hesabına İran tərəfdə qalan azırbaycanlılarla, Osmanlı türklərlə öz tərkibindəki azərbaycanlılar arasında canlı sədd - bufer zona yaratmaq üçün erməniləri müxtəlif ölkələrdən Azərbaycanın ərazisinə köçürdülər. XIX əsrin sonu, XX əsrin əvvəllərində ermənilər bir alət kimi Türkiyyəyə qarşı müharibə, mübarizə aparan dövlətlərin birliyinə lazım oldu. Bu alətin xidmətlərindən razı qalan həmin dövlətlər öz təfriqə, iğtişaş, separatçılıq alətlərinin artıq daha da güclənməsi, bir dövlət kimi formalaşması qayğısına qalmağa başladılar. Azərbaycan Xalq Cümhuriyyətini məcbur etdilər ki, İrəvanı bir paytaxt olaraq ermənilərə versinlər. Kiçik bir ərazidə payrtaxtı İrəvan olan Erməni dövləti yarandı. Təbii ki, həmin güclü dövlətlər, gələcəkdə alət kimi istifadə edəcəkləri, belə bir erməni dövləti yaradanda xəyallarında daha uzaq prespektivlər haqda düşünürdülər. Məhz buna görə də ötən bu yüz ildən artıq vaxtda həmin dövlətlərin müxtəlif məsələlər ətrafında mövqeləri fərqlənsə də, Ermənistanın Azərbaycana qarşı təcazüzkarlıq münasibətini dəstəkləməkdə, bu işdə onlara kömək etməkdə yekdil rəydə olmuşlar. Üzdə demokratiyadan, insan haqlarından, ədalətdən, humanistlikdən danışa-danışa, arxada erməniləri Azərbaycana qarşı hər cür iyrənc hərəkətlər etməyə həvəsləndirmişlər. Bəli, onlardan bir əxlaqsız qadından istifadə edən kimi istifadə etmiş, bununla öz maraqlarını həyata keçirməyə çalışmışlar. Ona görə də erməni liderləri heç zaman beynəlxalq təşkilatların qəbul etdikləri rəsmi sənədlərə, beynəlxalq hüquqa, beynəlxalq ictimai rəyə, ədalət prinsiplərinə, adi insanlıq normalarına əhəmiyyət verməyiblər. Arxadakı, gözəgörünməz havadarlarına arxayın olaraq kefləri nə istəsə ediblər. Bu hərəkət qədim peşə sahibi olan qadınların hərəkətlərinə çox oxşamırmı? Ona görə də Azərbaycanın dəyərli prezidenti, Ali baş komandan İham Əliyevin “İnterfaks” agentliyinə verdiyi müsahibədə də dediyi bu fikiri tamamilə yerinə düşür: “Baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur”.
Bəli, qlobal iştah sahiblərinin yer üzündə qaladıqları ən qorxunc tonqallardan biri də Cənubi Qafqazda alovlanmaqda, bir çox insani dəyərləri yandırıb kül etməkdə, yer üzünü tüstüyə bürüməkdədir. Bu tonqal “əxlaq normaları olmayan” erməniləri Azərbaycanın, türk dünyasının üstünə qısqırdmaqla yer üzünə bəlalar gətirməkdədir. İndi bu müharibə təkcə Azərbaycan və Ermənistan arasında getmir. Bu müharibəyə bütün türk dünyası, islam ölkələri, yer üzünün bütün vicdanlı insanları reaksiya verir. Onlar çox gözəl bilirlər ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilərin bu torpağa soxulması, orada məskunlaşmaq istəməsi, oranı öz dədə-baba yurdu elan etməsi təkcə ermənilərin planı deyildir. Yer üzünün başqa tərəflərində də buna oxşar hadisələr baş verir. Ona görə də həmin islam aləminin, türk dünyasının, müxtəlif millətlərə məxsus vicdanlı insanların bütün güc mərkəzlərinə etibarı azalır. Bu isə güc mərkəzləri üçün böyük itkidir və yer üzündə gərginliyin xeyli artmasına səbəb olur. Çünki, bu etibarı azalan insanlar hansısa uzaq bir məkanda yaşamır. Onların nümayəndələri elə həmin güc mərkəzlərinin ölkələrində də günü-gündən çoxalır. Qəlbən incik olan bu insanların o ölkələrə sevgisinə xələl gəlir. Onların bəzilərini təhlükəli insanlara çevrilir.
Ayrı-ayrı ölkələrdə evindən-eşiyindən olan insanların böyük bir hissəsi baş götürüb başqa ölkələrə getdi, orada miqrantların sayını artırdı, etnik tərkibi dəyişdirdi, getdiyi ölkələrdə sosial-psixoloji mühiti gərginləşdirdi. Belə bir proses həmin güc mərkəzlərinin öz maraqlarına uyğun hoqqalar düzəltdikləri bütün ərazilərdə baş verdi və baş verməkdədir. Halbuki, o güc mərkəzləri elə bir şəraitin yaranmasına çalışa bilərdilər ki, həmin bu qaçqın insanlar, miqrantlar insanlar öz vətənlərində daha gözəl təhsil alıb, yetişib öz ölkələrində gözəl bir cəmiyyətin qurulması işində fəal iştirak edə bilərdilər. Onların hər birinin öz ölkəsi daha ahəngdar şəkildə inkişaf etsəydi, bu bütün yer üzünün, elə həmin güc mərkəzlərinin öz ölkələrinin də ahəngdar inkişafına kömək edəcəkdi. Onlar silah yarışmasına sərf etdikləri pulu öz ölkələrinin tərəqqisinə sərf edə bilərdilər. Onların ölkələrininsə tərəqqisi müasir sivilizasiyanın xeyli mədəniləşməsinə kömək edərdi. Bütün yer üzünün firavanlığına kömək edə bilərdi.
Beləliklə, ötən əsrin 80-ci illərində yer üzündə əminamanlıq üçün yaranmış gözəl bir fürsətin əldən qaçırılmasında şər qüvvələr, onların əlində maşa rolunu oynayan, alət xalq olan ermənilər olduqca mənfur bir rol oynadılar. Ötən bu illər ərzində Azərbaycan çox ağır bəlalarla üzləşdi, istər iqtisadi, istər mənəvi cəhətdən çox şeylər itirdi. Azərbaycana ilk növbədə böyük bir mənəvi-psixoloji zərbə dəydi. Onu mənəvi olaraq sındırmağa çalışdılar. Qız-gəlin əsir götürüldü, yurdu yağmalandı, güc mərkəzlərinin buna etinasız baxması onda sabaha inamı azaltdı. Milyondan artıq insan öz doğma ev-eşiyindən didərgin düşüb, əvvəlcə, bir neçə il çox ağır bir şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldular. 20 minə qədər adam öldü və 50 minə qədər adam müxtəlif bədən xəsarəti aldılar. Azərbaycan ərazisinin 20% - i işğal oldu. 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd yerlə yeksan edildi. 6000 - ə qədər sənaye və kənd təsərrüfatı müəssisəsi talandı, yüz minlərlə hektar əkin sahəsi, bağlar viran edildi. Bütün xalqda özünü təhqir olunmuş, günahkarlıq sindromu yaratmağa çalışdılar. Əsir götürdükləri adamların başına dəhşətli oyunlar açdılar. Faşistlər ölüm düşərgələrində bu qədər rəzillik etməmişdilər. Həmin güc mərkəzləri xalqımıza aşılamağa başladı ki, yer üzündə haqqa, ədalətə çox da arxayın olmasın. Azərbaycan xalqının dərdinə kömək etmək əvəzinə onun başını ucuz şoularla, şit çal-çağırla qatmağa, onda həyata etinasızlıq mentaliteti yaratmağa çalışdılar.
Amma şükür ki, Azərbaycan arxasız, köməksiz bir ölkə deyildir. Günü-gündən canlanmaqda, özünü dərk etməkdə, “özünə qayıtmaqda ” olan böyük türk dünyasının ayrılmaz hissələrindən biridir. Min illərdir ki, türkün məkanı olan Azərbaycan torpaqlarının əzəli sahibidir. Azərbaycanın arxasında müasir sivilizasiyanın ən böyük memarlarından biri, birincisi olan türk xalqlarının ruhu dayanır. Elmin axıra qədər izah edə bilmədiyi, kainatın himayəsində olan bu qüvvə hər bir şər qüvvədən daha güclü, daha qüdrətlidir.
Azərbaycanın arxasında dayanan olduqca möhtəşəm bir qüvvə də var. Bu, bütün yer üzündəki, millətindən, dinindən asılı olmayaraq vicdanlı, imanlı insanların qəlbindəki müqəddəs tellərdir. Belə insanlar həmin güc mərkəzlərindəki, dünyanın hər yanındakı böyük siyasətçilərin də arasında var, sadə xalqın da. Lap elə ermənilərin özlərinin də. Məhz belə adamların sayəsində erməni qəsbkarlarının arzularının hamısı həyata keçə bilmədi, ürəklərində qaldı.
Azərbaycanın arxasında konkret olaraq onun doğma qardaşı Türkiyə dövləti, onun ağıllı siyasi liderləri, bu ölkənin bütün xalqı dayanır. Artıq tarixə adını yazmış böyük Rəcəb Tair Ərdoğan dayanır.
Azərbaycanın arxasında öz xalqımız, öz qüdrətli ordumuz, indi bütün xalqın ən sevimlisinə çevrilmiş, illər uzunu öz müdrikliyinin səbri içində xilaskar bir qəhrəman kimi yetişmiş, dünya siyasət aləmində nüfuz qazanmış Prezidenti dayanır.
İlham Əliyev fenomeni. Sentyabr ayının 27-dən sonra həm Azərbaycan xalqı, həm də beynəlxalq aləm Azərbaycan prezidenti İlham Əliyev sanki yenidən kəşf etdi. Doğrudur, Azərbaycan xalqının böyük əksəriyyəti ona rəğbət bəsləyir, ona inanır, Qarabağ probleminin həllində ona ümidlə baxırdı. Xüsusilə, onun beynəlxalq tədbirlərdəki çıxışları, düşmənlə inamlı, savadlı, qeyrətli dialoqları əhalidə böyük bir ümid yaradırdı. Amma onu tənqid edənlər də vardı. Xüsusilə, Qarabağda baş verən proseslər fonunda onu qınayanlar az deyildi. Onlar Paşinyanın Qarabağda at oynatmasına onun seyrçi mövqedən baxmasından çox həyacanlanırdılar. Amma nə onu qınayanların, nə onu müdafiə edənlərin, nə Azərbaycanda öz maraqlarına uyğun siyasi texnologiyalar həyata keçirənlərin, nə də ermənilərin özündən müştəbeh, həqiqətən də təlxək ədalı Paşinyanın ağlına da gəlmirdi ki, bu susqunluq onların düşündüyü susqunluq deyil. Bu qorxaqlıq susqunluğu yox, müdriklik susqunluğudur. Bu hadisələri dərindən analitik təhlil edib, qalibiyyətə gedən optimal yolu axtaran, hazırladığı planların icra mexanizmlərini böyük məharətlə quran, çox səbrlə münasib zamanın gəlməsini gözləyən, müasir dövrün çox ciddi bir siyasətçisinin susqunluğudur. O, həmin münasib vaxtın gəlməsini mistik bir əhvalla gözləmirdi. Həm də sakitcə, diqqəti cəlb etmədən güclü bir ordu yaradaraq, beynəlxalq iqtisadi və siyasi əlaqələr quraraq, idmanın, mədəniyyətin, humanist siyasətin də imkanlarından istifadə edərək həmin münasib vaxtı yaradırdı. Məqsədə çatmaq yolundakı məhdudiyyətləri və imkanları nəzərə alaraq məqsədə çatmaq üçün optimal yollar axtarırdı. O münasib vaxt 2020 – ci ilin 27 sentyabrında gəldi. Necə deyərlər, keçi gəlib öz buynuzunu çobanın çomağına sürtməyə başladı.
Elə müharibənin ilk günlərindən onun qətiyyəti, iradəsi, çıxışları, xalqa müraciətləri, xarici informasiya mənbələrinə verdiyi müsahibələri hətta bir qədər gözlənilməz oldu. Bütün əhali anladı ki, bütün bu illər ərzində onun prezidenti bütün xalq üçün müqəddəs olan Qarabağ probleminin həlli üçün necə ciddiyyətlə hazırlaşırmış. Qarabağda baş verənləri seyr etmirmiş, bəlkə də, hamıdan çox o həyacanlanırmış, amma çox təmkinli bir siyasətçi məharəti ilə qəlbində dərin bir qəzəblə Paşinyana, sən saydığını say... gör fələk nə sayır, gör Allahın köməkliyi ilə mən nə sayıram deyirmiş. Xalq öz prezidentini yenidən kəşf etdi, daha yaxından tanıdı. Beynəlxalq aləm, güc mərkəzləri, erməni havadarları qarşılarında tamamilə yeni bir şəxsiyyət görüb, çaşıb qaldılar.
İndiki zamanda Azərbaycan həm cəbhədə silahlarla mübarizə aparır, həm də siyasət aləmində öz məharəti, intellekti, informasiyaları təqdim etmək gücü ilə. Gedən bütün müharibədə ən ön mövqedə olan ölkənin Prezidenti, Ali baş komandan İlham Əliyevdir. O təkcə hər gün cəbhədə gedən prosesləri tənzimləmir. Həm də hər gün dünyanın ən aparıcı informasiya şəbəkələrinə verdiyi müsahibələr müharibənin taleyində olduqca mühüm rol oynayır. Ali baş kömandanın cəsarəti, ayıq düşüncəsi, aydın mövqeyi həm ordunu, həm də bütün əhalini daha da səfərbər edir, qələbəyə daha çox inandırır.
Azərbaycan prezidenti artıq beynəlxalq aləmdə olduqca zəkalı bir dövlət başçısı, bacarıqlı sərkərdə kimi də tanınmaqdadır. Çoxları onda olan bu qabiliyyətə heyrət edir. Amma onun belə bir tarixi şəxsiyyət kimi formalaşmasının öz səbəbləri vardır. Sosioloji təhlil bu səbəblərin olduqca mühüm, ciddi olduğunu təsdiq edir. Azərbaycan Prezidentinin ən mühüm gücü onun haqqın, ədalətin təmsilçisi olmağındadır. O haqq yolunda müharibə aparır. Bütün tarix, bütün dinlər də təsdiq edir ki, haqq yolu Allah yoludur. Bu yolda olanlara Allah kömək edir. Eyni zamanda o, tarixdə olduqca qüdrətli dövlət başçıları, sərkərdələr yetişdirən türk xalqının ruhunun daşıyıcısıdır. Böyük dövlət xadimi, hərbçi olan Heydər Əliyevin övladıdıdır, onun məktəbinin yetirməsidir.
Bu müqəddəs vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı düşmənin təsəvvür etdiyi, fikir yaratmaq istədiyi kimi yox, cəsarətli, qorxmaz, vətən yolunda ölüm-dirim mübarizəsi aparan bir xalqdır, onun ordusu qəhrəman, qüdrətli bir ordudur.
İnşallah, tezliklə müharibə bizim qələbəmizlə bitəcək. Xalqımızın həyatında yeni bir dövr başlayacaqdır. Bu dövrdə son yüzilliklərdə başımıza gələn bəlaların ağrısını-acısını çıxarmaq üçün çalışmalıyıq. Eyni zamanda bu şərzadə ermənilərin əl-ayağımıza dolaşmaması üçün onların mahiyyətinin bütün dünyada dərindən tanınması üçün çox geniş bir fəaliyyətimiz olmalıdır. Bütün dünya bilməlidir ki, hamının nifrətlə andığı faşizmdən qat-qat qorxulu, daha təhlükəli bir qorxunc mənəvi virus da var. Bu virusun adı ermənilikdir.
İnşallah tezliklə bütün yer üzü haqq yoluna, Allah yoluna üstünlük verər. Azərbaycan xalqı haqq yolunda, Allah yolundadır.

"Moderator.az"