11.11.2020, 12:51 - Baxış sayı: 552

Vətən Müharibəsində əldə olunmuş qələbə münasibəti ilə tədbir keçirilib


Vətən Müharibəsində əldə olunmuş qələbə münasibəti ilə tədbir keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Vətən Müharibəsində əldə olunmuş qələbə münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli öncə Azərbaycan Vətən Müharibəsində əldə olunmuş qələbə münasibəti ilə iştirakçıları təbrik etmişdir. Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etmişdir. O, çıxışı zamanı bildirdi ki, Azərbaycan Milli Ordusu böyük vətənpərvərlik hissi ilə yalnız bir əlində Azərbaycan bayrağı, digər əlində silah tutaraq qələbəyə doğru əvəzolunmaz cəsartlə öz torpaqlarını azad etmişdir. Bu, təkcə silah gücü ilə yox, eyni zamanda müasir döyüş texnikasından, onun intellektual xüsusiyyətlərindən məharətlə istifadə etmək nəticəsində əldə edilmişdir. Odur ki, qısa müddət ərzində Azərbaycan Milli Ordusu çox böyük nailiyyətlər qazanmış və düşmən cəbhə boyu öz döyüş texnikasını, silah sursatını ataraq qaçmışdır. Bu qələbədə əlbəttə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusi olaraq qızıl hərflərlə qeyd etmək lazımdır. Akademik İsa Həbibbəyli sonra qeyd etmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev üç cəbhədə - həm ideoloji, həm informasiya, həm də döyüş cəbhəsində orduya rəhbərlikdə əzmlə çalışmışdır. Təkcə onu qeyd etmək lazımdır ki, döyüş əməliyyatları aparan bir ölkənin prezidenti İlham Əliyev cənabları məkrli və qərəzli bəzi xarici KİV-lərin müxbirlərinə onların ittihamedici suallarına ingilis, rus və Azərbaycan dillərində dərin-məntiqli cavablar vermişdir ki, onlar bu cavabın qarışısında ən yaxşı halda susmağa məcbur olmuşdurlar. Azərbaycan Respublikasının Prezidenti öz intellektual səviyyəsi, diplomatik istedadı ilə və təkzibolunmaz faktlarla dünyanın ən güclü dövlət liderlərindən biri olduğunu sübut etmişdir. Odur ki, Azərbaycanın Vətən Müharibəsinin Ali Baş Komandanının, Azərbaycan Respublikasının Prezidenti, QALİB PREZİDENT, QALİB ALİ BAŞ KOMANDAN adını şərəflə daşımağa layiq bir yenilməz sərkərdədir.
Sonra AMEA Fəlsfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək əldə olunmuş nailiyyətlərin əhəmiyyətini, onun Azərbaycanın yeni və ən yeni tarixində misilsiz olduğunu vurğulayıb.
Sonda f.e.d., professor Rəfiqə Əzimova, f.e.d. Adil Əsədov və digər iştirakçılar mövzu ətrafında öz fikir vıə mülahizələrini bölüşmüşdürlər.
Vətən Müharibəsində əldə olunmuş qələbə münasibəti ilə tədbir keçirilib