Azərbaycan dövlətçilik tarixinə dair qiymətli tədqiqat
Eynulla Mədətli,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor
müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
Tanınmış tarixçi, Azərbaycanın orta çağlar tarixinə dair bir sıra elmi əsərlərin müəllifi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəflinin bu yaxınlarda nəşr edilmiş “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” adlı geniş həcmli monoqrafiyası ölkə səfəvişünaslığına, eləcə də Vətən diplomatiya tarixinə əhəmiyyətli töhfə olmuşdur. (Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, Turxan NPB, 2020, -520 s)
Akademik Yaqub Mahmudovun elmi redaktorluğu, Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən bu əsərdə Azərbaycan, eləcə də bütövlükdə türk dövlətçiliyinin ən mühüm sahələrindən olan xarici siyasət məsələləri, əsasən, Türkiyə tarixçilərinin tədqiqatları ilə, onların dəyərləndirmələri ilə müqayisəli elmi yanaşmada ətraflı şərh edilmişdir. Müəllif çoxsaylı tarixi sənədləri, diplomatik yazışmaları, elçilik missiyalarının gündəlik və xatirələrini, arxiv sənədlərini tədqiqata cəlb etməklə Vətən tariximizin ən şanlı mərhələsi olan Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) regionumuzda, Asiya qitəsində, həmçinin o zamanların dünya nizamında tutduğu yeri, oynadığı rolu, bu dövlətin qurucusu və ilk hökmdarı Şah İsmayılın (1487-1524) bu günümüz üçün çox dəyərli olan dövlətçilik təcrübəsini, siyasi-mənəvi irsini, onun xələfləri tərəfindən həyata keçirilən xarici siyasət xəttini hərtərəfli araşdırmağa müvəffəq olmuşdur. Əsərdə Azərbaycan Səfəvilər dövlətinin Osmanlı dövləti ilə, həmin dövrün güclü türk dövlətləri olan Böyük Moğol (Pakistanın dövlət dili olan urducada “Muğal” deyilir və yazılır, ingiliscədə “Mughal”, biz də bundan sonra urduca olduğu şəkildə işlədəcəyik - E.M.) imperatorluğu, həmçinin Şeybanilər dövləti, Türküstan xanlıqları, Misir Məmluk dövləti, Gürcü knyazlıqları, Böyük Moskva knyazlığı, Venesiya Respublikası və Papalıq, Portuqlaiya, İspaniya, Almaniya, İngiltərə, Hollandiya, İsveç, Fransa ilə əlaqələri zəngin tarixi materiallarla oxuculara təqdim olunur. Səfəvi hökmdarlarının o dövrdə Avropa rəssamları tərəfindən çəkilmiş portretlərinin, diplomatik fəaliyyətlərin və görüşlərin, mərasimlərin təsvir olunduğu portert və miniatürlərin, həmin dövrlərə dair tarixi xəritələrin və cədvəllərin kitabda yer alması bu dəyərli tədqiqatın cəlbediciliyini daha da artırmışdır.
Bir cəhətə diqqəti yönəltmək lazımdır ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” düsturu üzərində qurulmuş qardaşlıq münasibətlərinin bu günkü inkişaf səviyyəsi və ana xətti ölkəmizin tarixi münasibətlərini, xalq və dövlət əlaqələrini yenidən və obyektiv olaraq təhlil etməyi, lazımi tarixi dərsləri əxz etməyi zəruri edir. Təəssüflə qeyd edilməlidir ki, son vaxtlaradək qardaş Türkiyənin bəzi tarixçilərinin əsərlərində Azərbaycanın qədim və orta əsrlər tarixinə, hətta XIX əsdə Azərbaycan ərazisində baş verən proseslərə bəzən elmi yanaşmadan çox, sırf siyasi-məzhəbi aspektdən dəyərləndirmə və bütün bunları İran tarixinin hadisələri olaraq təqdim etmə meylləri olmuşdu. Təqdirəlayiqdir ki, bu sahədə artıq illərcə formalaşmış yanaşma tərzi dəyişməkdədir və T. Nəcəflinin bəhs etdiyimiz kitabının da bir missiyasının I Şah İsmayılın və xələflərinin Səfəvilər hakimiyyətinin Azərbaycan türk kimliyinin, təfəkkürünün və dövlətçilik ənənəsinin meydana gətirdiyi tarixi hadisə olduğunu bir daha təsbit etməkdir. Bizim fikrimiz belədir ki, son min ildə İran tarixi həm də, ümumtürk tarixinin bir parçasıdır və onuncu əsrdən üzü bəri, ərəb xilafətinin zəifləməyə başlamasından etibarən 1925-ci ilədək bu ölkəni əsasən türk sülalələri idarə etmişlər, yəni İran farsların olduğu qədər də türklərin vətənidir və indi də bu ölkə əhalisinin 40 faizinindən artığını türksoylu xalqlar təşkil edir.
T. Nəcəfli haqlı olaraq vurğulayır ki, bəzi Türkiyə tarixçilərinin Səfəvilərə qarşı yanlış mövqe nümayiş etdirmələrinin başlıca səbəblərindən biri onların subyektiv xarakterli tarixi mənbələrə tənqidi yanaşmaması, həmin mənbələri yazanların hansı dünyagörüşə, hansı siyasətə xidmət etdiklərinin nəzərə alınmamasıdır. Müəllifin Osmanlı-Səfəvi münasibətlərinə məzhəbçilik mövqeyindən yanaşan bəzi tarixçilərin fikirlərinə elmi-tənqidi münasibəti təqdirəlayiqdir. Münasibətləri məzhəb ayrılığı müstəvisində dəyərləndirmək əlbəttə kökündən yanlışdır. Nəzərə alınmalıdır ki, burada ilk növbədə o zamanların imperiya maraqları dominantlıq etmiş, məzhəb ziddiyyətlərindən isə yalnız vasitə kimi istifadə olunmuşdur.
Bunlarla yanaşı, T. Nəcəfli ilk dəfə olaraq Azərbaycan Səfəvi dövlətinin xarici siyasətini və xüsusilə düya ölkələri ilə diplomatik əlaqələrini Türkiyə tarixşünaslarının çox qiymətli tədqiqatları əsasında işləyib ümumiləşdirmək, təhlil edib elmi münasibət bildirməklə Azərbaycan elmi ictimaiyyətinə və geniş oxucu auditoriyasına təqdim edir. Müəllif təəssüflə qeyd edir ki, o zamanlar bir sıra Avropa ölkələrinin və xristian dini qurumlarının məqsədyönlü şəkildə türk dövlətlərini bir-birinə qarşı qoymaq siyasəti türk xalqlarının birliyinin formalaşmasına ciddi zərər vurmuşdu. Səfəvilər yalnız elə Osmanlılarla yüz əlli il ərzində dəfələrlə savaşmalı olmuşlar. Bu, eləcə də Səfəvilərin özbək Şeybani dövləti ilə də münasibətlərinə aiddir. Osmanlı imperatorluğunun Qərbə yerləşməsinin qarşısını almağa çalışan Avropa dövlətləri ustalıqla bu qüdrətli imperatorluğu bölgənin digər güclü Azərbaycan Səfəvi dövlətinə qarşı qoymaqla öz niyyətlərinə çatırdılar, eyni zamanda, XVI əsrdə getdikcə qüvvətlənən Səfəvi dövlətinin də zəiflədilməsinə nail olurdular.
Bu yazıda T. Nəcəflinin monoqrafiyasının bu sətirlərin müəllifi üçün daha maraqlı bölümlərindən bir olan Böyük Muğal dövləti ilə münasibətlərinə dair çox dəyərli məlumat və təhlilləri ilə əlaqədar fikirlərimi bölüşmək istərdim. 2002-2010-cu illərdə Pakistanda ölkəmizin səfiri olaraq xidmət etdiyim illərdə daha yaxından şahid olmuş və bu qənaətə gəlmişdim ki, bu günkü Pakistan xalqı da XIX əsrin əvvəllərində başlanan ingilis işğalına qədər ən azı səkkiz yüz il türk siyasi-mədəni mühitində olmuş və Muğal imperatorluğunun bu qardaş xalqın dövlətçilik təfəkküründə oynadığı rolu Səfəvi dövlətinin Azərbaycandakı tarixi missiyası ilə müqayisə etmək olar. Bir sözlə, bütövlükdə Türk xalqına, özəlliklə Azərbaycan türklərinə hüsn-rəğbət və qardaşlıq duyğusunun dərin tarixi-mənəvi kökləri vardır.
İlk növbədə müəllifin türk tarixşünaslığının materialları əsasında gəldiyi nəticə barədə: I Şah İsmayıl dövründə Böyük Muğal dövlətinin qurucusu Baburla yaradılan dostluq münasibətləri sonrakı Səfəvi hökmdarları tərəfindən davam etdirilmiş, imperiya maraqlarına görə arabir münasibətlərdə müvəqqəti gərginliklər yaşansa da, bu iki türk dövləti dostluq və müttəfiqliyini hər zaman sürdürmüşdür. Burada qeyd etmək lazımdır ki, Osmanlı dövləti ilə də dostluq əlaqələrinə malik olan Muğal dövləti Osmanlı-Səfəvi müharibələrində heç vaxt tərəf tutmamışdır, baxmayaraq ki, o zamankı Hindistan və Əfqanıstanın əksər hissələrini əhatə edən bu dövlətin əhalisinin də əksəriyyətini sünni təriqətinə mənsub olan türk soylu xalqlar və digər etnik mənşəli müsəlman xalqları təşkil edirdi.
Zahiruddin Məhəmməd Babur (1483-1530) Əmir Teymurun (1336-1405) beşinci nəsil törəməsi idi, Barlas türkü idi, görkəmli sərkərdə, şair və dövlət başçısı kimi müasirləri tərəfindən yüksək qiymətləndirilirdi. Baburun anası isə Monqol imperatoru Çingiz Xanın (1162-1227) on üçüncü törəməsi olan Yunuş Xanın qızı idi və onun, beləliklə, iki dünya fatehi ilə birbaşa qan qohumluğu var idi. Babur əvvəllər Fərqanə hakimi idi, öz özbək soydaşları tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra 1504-cü ildə Kabula gəlmiş, burada hakimiyyəti ələ alaraq ordusunu və hakimiyyətini möhkəmləndirməyə başlamışdı. 1526-cı ilin aprelində Hindistana yürüş etmiş, Dehli sultanı İbrahim Lodini Panipat döyüşündə məğlub etmiş, burada Böyük Muğal dövlətinin əsasını qoymuşdu (1526-1857). Burada qeyd etməliyik ki, bu dövlət XVIII əsrin birinci rübündən sonra çox zəifləyərək parçalandı, Muğal sülaləsi isə rəsmən 1857-ci ilədək davam etdi və sonuncu varis Bahadur Şah Zəfər də ingilislər tərəfindən həbs edilib Burmaya (Birma) sürgünə göndərildi. Muğalların rəsmən sonuncu imperatoru sayılan Bahadur Şah 1862-ci ildə sürgündə vəfat etdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Səfəvi dövləti quruluşundan üzü bəri qərbdə Osmanlı dövləti ilə, şərqdə isə özbəklərin Şeybani dövləti ilə ziddiyyətli münasibətlərə malik olsa da, digər həmsərhəd ölkə olan Böyük Muğal dövləti ilə sıx dostluq əlaqələrinə malik idi. O zaman güclü Şeybani dövlətinə qarşı dura bilmək üçün muğalların da səfəvilərə ehtiyacı vardı. T. Nəcəfli yazır ki, I Şah İsmayılın hələ o zaman Kabul hakimi olan Zahiruddin Baburla ilk əlaqələri 1510-cu ildə Mərv döyüşündə səfəvilərin özbək Məhəmməd Xan Şeybaninin qoşununu darmadağın edəndən sonra yaranmışdı. Döyüşdə I Şah İsmayıl Məhəmməd Xan Şeybanini və onun bir sıra tanınmış əmirlərini öldürdü və çoxlu əsir götürdü. Ələ keçən əsirlərin içərisində Baburun bacısı Xanzadə bəyimin də olduğunu bilən I Şah İsmayıl ona ehtiramla yanaşdı və xüsusi müşayətçilərin əhatəsində Qunduza - Baburun qərargahına yola saldı. Bu hadisədən sonra başlanan şəxsi hüsn-rəğbət münasibətləri iki imperiyanın gələcək dostluq əlaqələrinin təməlini qoymuş oldu. 1511-ci ildə İ Şah İsmayılın hərbi dəstəyi ilə Baburun Səmərqənd şəhərini özbəklərdən geri almasından sonra bu əlaqələr daha da möhkəmləndi.
I Şah İsmayılın yüksək dövlətçilik və sərkərdəlik məharəti Azərbaycanda qurulan və tezliklə bütün Persiyanı (1935-ci ilin martında ölkənin bundan sonra “İran” adlandırılması və diplomatik kanallarla dünyaya bildirilməsi haqqında Rza Şahın fərmanı olmuşdur – E.M) və ətraf coğrafiyanı əhatə edən Səfəvilər dövləti bölgədə söz sahibi idi və I Şah İsmayılın Baburla səmimi dostluq əlaqələri əhalisinin və aparıcı qüvvələrinin əksəriyyətini türklərin təşkil etdiyi bu imperatorluqların xalqlarının ticarət-iqtisadi, mədəni-mənəvi əlaqələrinə də güc verərək daha da zənginləşdirirdi. I Şah İsmayıl və Babur Şah hər ikisi yaradıcı şəxsiyyət idi. Baburun çağatay türkcəsində yazdığı “Baburnamə” və Şah İsmayılın Azərbaycan türkcəsində qələmə aldığı “Dəhnamə”si türk xalqları arasında geniş yayılmışdı.
Babur Şahın vəfatından sonra oğlu Humayun 1530-1540-cı illər və 1555-1556-cı illərdə Böyük Muğal dövlətinə başçılıq etmişdir. 1540-cı ildə Humayun əfqan hakimi Şerşah Sur tərəfinən taxtdan salınmışdı və hökmdar Humayun yaxın ailə üzvləri ilə bərabər Təbrizə-Azərbaycan Səfəvi dövlətinin paytaxtına, Səfəvi şahı I Şah Təhmasibə pənah gətirmişdi. I Şah Təhmasib Təbrizdə Humayunu və ailəsini 15 il himayə etmiş, 1955-ci ildə onu 12 minlik qızılbaş qoşunu ilə təchiz edərək vətəninə yola salmışdı. Azərbaycan türkləri Budaq bəy Qacarın və Şahverdi bəy Ustcalının komandanlığı ilə Qızılbaş ordusu Dehlini əfqanlardan azad edərək Humayunu yenidən taxta çıxarmışdı. Bununla da Muğal imperatorluğunun hakimiyyəti bərpa edilmişdir. Məhz bunun nəticəsidir ki, Humayunun oğlu Böyük Əkbərin hakimiyyəti (1556-1605) zamanı bu dövlət artıq qüdrətli bir imperiyaya çevrildi. Humayunun bacısı Gülbadan Bəyim (Qulbadan Begam) yazdığı “Humayunnamə” əsərində bu dövrə və Səfəvi –Muğal münasibətlərinə dair dəyərli məlumatlar vardır. Yeri gəlmişkən, Humayunun Azərbaycandan dəvət edib gətirdiyi memarlar, ustalar, sənətkarlar burada mədəniyyətin inkişafında əhəmiyyətli rol oynamışdılar.
T. Nəcəfli Səfəvi-Muğal münasibətlərinin xoş olmayan, zaman-zaman bu iki türk hökmdarları arasında soyuqluq salan, lakin heç vaxt qarşıdurmaya çevrilməyən məqamlarını da monoqrafiyasında geniş şərh etmişdir. Mühüm strateji məntəqə olan Qəndəhara sahib olmaq Muğallar və Səfəvilər üçün vacib olduğundan soyuqluq əsasən bununla əlaqədar olurdu. Müəllif qeyd edir ki, I Şah Abbasın Muğal imperatoru ilə dostluq əlaqələri yaratması həm də şərqdə özbəklər və qərbdə osmanlılarla mübarizədə özünə müttəfiq qazanmaq zərurətindən qaynaqlanırdı. O, Əkbər Şaha öz nümayəndəsi ilə göndərdiyi məktubda yazırdı: “...Sizi görməsəm də, Sizə sevgim içimdədir. Bizim əlaqələrimiz qədimdən bəri davam etməkdədir. Bu əlaqələr Teymur dövründən bu yana gün keçdikcə inkişaf etməkdədir... Mən öz nümayəndəmi göndərirəm və ümid edirəm ki, iki ölkənin inkişafı nümayəndələrimizin yerləşməsi ilə məqsədinə çatacaqdır. Sizin sağlıq, güc və səltənətinizin müşkülsüz davam etməsini arzu edirəm”.
Əkbər Şahın adından oğlu, vəliəhd şahzadə Cahangir I Şah Abbasa cavab məktubunda yazırdı: “Məktubumuzda dostluq və sevgidən bəhs edirsiniz. Biz də qarşılıqlı olaraq eyni duyğuları bölüşürük. Sevgi və sayğılarımızı çatdırırıq.... Bunu yaxşı bilirik ki, iki ölkənin əlaqələri daha əvvəl başlamışdır və davam edəcəkdir. Biz sizinlə ticarət və siyasi sahədə müqavilə bağlamağa hazırıq”.
T. Nəcəfli bu iki dövlət arasında elçiliklər mübadiləsindən maraqlı faktlar gətirir. O zamanlar elçiləri illərlə sarayda hökmdarın yanında saxlamaq təcrübəsi vardı, bəzən hətta elçiləri də hökmdar yürüşə çıxanda yanında aparırdı. Məsələn, 1603-cü ilin payızında I Şah Abbas İrəvanı Osmanlılardan geri alanda Əkbər Şahın elçisi, yanında da dörd ildən artıq Muğal sarayında saxlanan səfəvi elçisi Mənuçöhr bəy şahın huzuruna gəlir, şah Muğal elçisinə “Həzrəti şah babam necədir?- deyə sual verir. Elçinin gətirdiyi məktubda Əkbər Şah I Şah Abbasa yazırdı: “Bizim arzumuz budur ki, Siz biz tərəfi özünüzünkü hesab edəsiniz, tez-tez öz səmimi məktublarınız və elçinizlə bizi sevindirəsiniz. Biz şad olarıq, əgər siz vacib məsələlərlə bağlı bizə müraciət etsəniz, biz qüvvəmiz daxilində hər şeyi etməyə hazırıq”.
I Şah Abbasın Muğal hökmdarı, Əkbər Şahın oğlu Cahangirlə münasibətləri də diqqətçəkici idi. I Şah Səfinin (1629-1642), sonra onun oğlu Sultan Məhəmməd II Şah Abbas (1642-1666) zamanlarında Muğal hökmdarı Şah Cahanla (1592-1666) və ondan sonra oğlu Aurangzeblə (1658-1707) dostluq və əməkdaşlıq münasibətləri Qəndəharla əlaqədar arabir kəskinləşməsinə baxmayaraq davam etdi.
T. Nəcəflinin təqdim olunan əsərində Azərbaycan Səfəvi dövlətinin o zamanın bütün böyük türk dövlətləri ilə, həmçinin daha kiçik dövlət qurumları olan Türküstan xanlıqları, Misir məmlukları və digərləri ilə münasibətlərə geniş yer verməsi, siyasi mənafelər və imperiya maraqları üzündən bu dövlətlər arasında münaqişələrin, bir sıra hallarda müharibələrin baş verməsinə baxmayaraq, xalqlararası münasibətlərin pozulmadığının və həmişə sülh və əməkdaşlıqla nəticələndiyinin vurğulanması təqdirəlayiqdir. Bugünkü dövlət quruculuğunda və diplomatik fəaliyyətlərdə şanlı keçmişimizin təcrübələrindən yararlanmaq baxımından faydalı olan bu əsərin elmi ictimaiyyət və geniş oxucu dairəsi tərəfindən maraqla qarşılanacağına inanır, hörmətli müəllifə şəxsi həyatında və elmi yaradıcılığında daha böyük uğurlar arzulayıram.
"İkisahil.az"