19.10.2020, 12:47 - Baxış sayı: 585

İşğalçı və terrorçu Ermənistan dövləti Azərbaycan ərazilərini bəşəri cinayətlər poliqonuna çevirmişdir


Zöhrə ƏLİYEVA,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
beynəlxalq əlaqələr şöbəsinin müdiri,
fəlsəfə doktoru


Bütün analar kimi, mən müharibəyə nifrət edirəm. Dinc həyatın qədrini bilən bütün insanlar II Dünya müharibəsinin verdiyi dərsləri unutmamalı, bu bəlanın bir daha təkrar olunmaması üçün əlindən gələni etməlidir. Lakin ərazilərimizin 30 illik istilası, işğalçı Ermənistanın bununla kifayətlənməyərək, son aylarda yeni hərbi təxribatlar törətməsi, Qarbağ cəbhəsi boyunca və sərhədlərdə qocaların, uşaqların və dinc mülki şəxslərin qətlə yetirilməsi ölkəmizə başqa bir seçim qoymadı.
Beləliklə, son iki həftədə Azərbaycanın Silahlı Qüvvələri 30 il əvvəl Ermənistanın Azərbaycana təcavüzü, ərazilərimizin 20 faizinin işğalı nəticəsində evlərindən, ata-baba yurdlarından didərgin düşmüş, Xocalı soyqırımına məruz qalmış qaçqın və köçgün həmvətənlərimizlin öz evlərinə qayıtması üçün başqa yol qalmadığından müvafiq hərbi əməliyyatlar aparmaqla torpaqlarını azad etməkdədir.
Belə bir məqamda bir daha xatırlayaq ki, Dağlıq Qarabağ mübahisəli ərazi deyildir. Onun Azərbaycana mənsubiyyəti bütün dünya tərəfindən rəsmi olaraq tanınmışdır və bu bir tarixi həqiqətdir. Üstəlik, işğala yalnız Dağlıq Qarabağ deyil, eyni zamanda, ətrafda yerləşən daha 7 rayon da məruz qalmışdır və ötən illər göstərdi ki. Ermənistan bu ərazilərə də iddialıdır. Bu gün müharibə Ermənistan ərazisində deyil, bizim öz torpaqlarımızda ararılır, bu, azadlıq mücadiləsi, Vətən müharibəsidir. Prezident ilham əliyevin bugünlərdə bütün dünyaya dönə-dönə bəyan etdiyi kimi: “Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur”. Azərbaycan 30 il öncə vəhşicəsinə işğal edilmiş torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparır.
Bəs hansı səbəbdən Azərbaycan dövləti 30 ildən sonra azadlıq müharibəsinə başladı? Həm əhali sayına görə, həm ərazisinə görə və nəhayət, daha müasir silahları olması baxımından Ermənistandan qat-qat üstün olmasına baxmayaraq Azərbaycan on illər boyu münaqişənin sülh yolu ilə həllinə ümid bəslədi. 1994-cü ildən elan edilmiş atəşkəs şərtlərinə sadiq qalan dövlətimiz məsələnin sülh yolu ilə, ATƏT-in Minsk qrupu vasitəciləri tərəfindən həllinə üstünlük vermişdir. Bununla da Azərbaycan rəhbərliyi hər iki tərəfdən insan itkiləri olmadan məsələnin öz həllini tapacagını müstəsna bir səbr və təmkinlə gözləmişdir. Əfsuslar olsun ki, işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi isə göstərinən bütün səylərə baxmayaraq hətta bircə rayonunmuzun ərazisini belə boşaltmaq niyyətində olmamışdır.
Azərbaycan dövlətinin dəfələrlə münaqişənin sülh yolu ilə çözülməsinin tərəfdarı olduğunu elan etməsinə baxmayaraq, rəsmi İrəvan, avantürist siyasətbaz N.Paşinyan başda olmaqla onun hazırkı məsuliyyətsiz, kəmfürsət rəhbərliyi hər vasitə ilə danışıqların konstruktiv məcrada davam etməsinə maneəler törətmiş, əksinə, Azərbaycana qarşı təcavüzkar davranış nümayiş etdirərək sərsəm iddialar irəli sürmüşdür. Bu əsassız və qəbuledilməz iddiaların davamı kimi Ermənistan silahlı qüvvələri 2016-ci ilin aprel ayında və bu ilin iyulunda ərazilərimizə soxulmağa cəhdlər göstərmişdir. Dinc əhalimizin iriçaplı silahlardan atəşə tutlması isə artıq Azərbaycan xalqının səbr kasasını daşırmış, təcavüzkara onun öz dilində - atəşlə cavab vermək zərurətini gündəmə gətirmişdir.
Ermənistan bütün bunlarla nə demək istəyir? Tarixə nəzər salasaq, görərik ki. onlar nəistəyirlər. Gəlmə ermənilər azərbaycanlıları məhv edib onların torpalarına yiyələnmək üçün davamlı qırğınlar törətmişlər. 1827-ci ilin oktyabr ayında Rus imperiyası İrandan 40 min, Osmanlı imperiası, Suriya, Livan və digər ərazilərdən isə 50 min ermənini özünə etnik istinadgah etmək üçün Azərbaycan ərazisinə və xcüsusən Qarabağa köçürmüşdür. Daha sonra isə Azərbaycan İrəvan xanı Rəvanqulu Qacarın adını daşıyan İrəvana çarizmin yaratdığı üstün imkanlarla dünyanın müxtəlif yerlərindən erməni axını başlamışdır.
1918-ci ilin mart-aprel aylarında torpaqlarımızda məskunlaşmış həmin ermənilər başda daşnakxislət bolşevik Şaumyan başda olmaqla Bakıda və diğər bölgələrdə 30 min dinc soydaşımızı qətlə yetirmişlər. 1988-ci ilin mart ayında Qərbi Azərbaycanda qalmış sonuncu toplum olan 250 min azərbaycanlı deportasiya edilmişdir. 18 yanvar 1991-ci ildə Naxcıvan MP-nın Kərki kəndi erməni işğalına məruz qalmışdır. 25-26 fevral 1992-ci ildə 336 saylı keçmiş sovet alayının bilavasitə iştirakı ilə ermənilər Xocalıya hücum edərək bütün mülki əhalini qətlə yetirmiş və XX əsrdə misilsiz soyqırım törətmişlər. qarabağın dağlıq hissəsindən bütün soydaşlarımız vəhşiliklə qovulmuşdur. 1991-1994-cü illərdə havadarlarının maddi və siyasi dəstəyinə güvənən ermənilər Dağlıq Qarabağa hücum edərək Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Cəbrayılı və Qubadlını da işğal etmişlər. Beləliklə ölkəmizin daha 20 faiz ərazisi işğal edilmiş. 1 milyon insan qaçqın-köçkünə çevrilmişdir. Bax budr ermənistanın istədiyi. Dünya isə ya bunu anlamır, ya da belə olmasını istəyir.
Ən böyük, danılmaz həqiqət isə budur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Burada yaradılmış və beynəlxalq ictimayət tərəfindən və hətta Ermənistan tərəfindən belə tanınmamış Arsax isə qeyri-qanuni və marionet bir qurumdur. Ən böyük ədalətsizlik isə odur ki, işğal edilmiş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında BMT-nın Təhlükəsizlik Şurasının 4 qətnaməsi olsa da, bu ali beynəlxalq sənədlərin birmənalı tələbləri bu günə kimi icra edilməmiş qalır.
ATƏT-in Minsk qrupunun fəaliyyəti isə 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmamışdır. Yaranmış çıxılmazlıq öz torpaqlarını azad etmək qətiyyətində olan Azərbaycan xalqı üçün başqa bir seçim qoymamış və müharibəni labüd etmişdir.
Müharibə Azərbaycanın qalibiyyətli irəliləyişi ilə davam edir. Ermənistsn tərəfi uduzduqca quduzlaşır, cəbhə bölgəsinin dinc əhalisini iriçaplı silahlardan, müharibə zonasından uzaq Azərbaycan ərazilərini - Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla torpaqlarımızın azad edilməsi prosesini əngəlləməyə çalışır. Bu cinayətkar hücumlar nəticəsində dinc əhalininin öldürülməsi. Yaranması. Mülki obyektlərin dağıdılması düşmənin insanlıq xislətini itirməsinin aşkar göstəricisidir.
Hər iki tərəfdən artan insan tələfatına və digər itkilərə görə məsuliyyət isə işğalçı Ermənistanın təcavüzkar siyasəti davam etdirib müharibə həddinə çatdıran rəhbərliyinin üzərinə düşür. Onlar bəşəri cinayətlər toplusuna çevirdikləri bu müharibəyə görə hər iki xalqın və bütün dünyanjın qarşısında cavab verəcəklər.
Bizim mübarizəmiz haqdır! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
"Xalq qəzeti"