09.10.2020, 11:41 - Baxış sayı: 706

Fəlsəfə İnstitutu Fəlsəfə və Sosiologiya İnstitutu adlandırıldı


Fəlsəfə İnstitutu Fəlsəfə və Sosiologiya İnstitutu adlandırıldıAMEA Fəlsəfə İnstitutunun adının dəyişdirilməsi ilə bağlı yığıncaq keçirilib. Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Nazirlər Kabinetinin 374 nömrəli Qərarını açıqladı. Qərara əsasən AMEA-nın Fəlsəfə İnstitutu 3 oktyabr 2020-ci il tarixindən “Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırılmışdır. Bu münasibətlə AMEA prezidenti, akademik Ramiz Mehdiyevin təkbriklərini İnstitut əməkdaşlarına çatdıran İsa Həbibbəyli Fəlsəfə İnstitutunda fəlsəfə elmi ilə yanaşı sosiologiya sahəsində də elmi tədqiqatların aparılmasının institutunun elmi fəaliyyətini daha da genişləndircəyini qeyd etdi.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək AMEA rəhbərliyinə, xüsusən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə diqqət və qayğısına görə institut əməkdaşlarının minnətdarlığını bildirdi. İnstitut əməkdaşları institutun adının dəyişilməsi və prespektivdə görüləcək işlərlə bağlı çıxış edərək öz fikirlərini bildirdilər.
İnstitutun direktoru İlham Məmmədzadə akademik İsa Həbibbəyliyə Nazirlər Kabinetinin qərarı ilə bağlı institutda görüş keçirdiyinə görə minnətdarlığını bildirdi.