02.10.2020, 19:33 - Baxış sayı: 603

Professor İlham Məmmədzadə beynəlxalq onlayn konfransda iştirak edib


Professor İlham Məmmədzadə beynəlxalq onlayn konfransda iştirak edibBu gün Qazaxıstanın K.Zubanov Aktobe regional universitetinin təşkilatçılığı ilə Qazaxıstan, Azərbaycan, İtaliya və başqa ölkələrin alimlərinin iştirakı ilə beynəlxalq onlayn konfrans keçirilib. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Mədəniyyətlərarası komnuikasiyanın fəlsəfi problemləri” mövzusunda çıxış edib.
Konfransın moderatoru İtaliyanın Linq Universitetinin professoru Alisandra Fiqus İlham Məmmədzadəyə söz verərkən Azərbaycan haqqında bəzi fikirlər səsləndirib.
İtaliyalı alim Bakıda prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən forumlarda iştirak etdiyini və həmin formlarda Azərbaycan filosofları ilə yaxından tanış olduğunu bildirib. Həmçinin bu gün Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri uğrunda apardığı mübarizəyə də toxunaraq qeyd edib ki, bu Azərbaycanın haqq işidir.
İlham Məmmədzadə öz çıxışında təhsildə mədəniyyət məsələlərinə diqqət edilməyin vacibliyini önə çəkərək bildirib ki, mədəniyyətlərin qarşılıqlı təsiri və əlaqəsi cəmiyyətlərin inkişafında əhəmiyətli, vacib bir fenomendir, lakin toplumun bu ideyanı necə anlaması və dünyada hansı ideyaların üstünlük təşkil etməsi də öz rolunu oynayır. Mədəniyyət həmişə fərdlərin qarşılıqlı təsiri və əlaqəsi, münasibətidir. Belə olduğu halda mədəniyyətə tarixi baxımdan yer verilməsə, deyə bilərəm ki, təhsildə də beynəlxalq səviyyədə yaxşı əlaqələr qurula bilməz.
Professor İlham Məmmədzadə beynəlxalq onlayn konfransda iştirak edib