29.07.2020, 12:08 - Baxış sayı: 614

Fəlsəfə İnstitutunun alimlərinin məruzələri beynəlxalq topluda nəşr edilib


Fəlsəfə İnstitutunun alimlərinin məruzələri beynəlxalq topluda nəşr edilib2019-cu ildə Bolqarıstanın Varna şəhərində səkkiz ölkənin iştirakı ilə Bolqarıstan Elmlər Akademiyasının 150 illiyinə həsr olunmuş “Müasir fəlsəfə: Avropa və Qara dəniz ölkələrində Mədəni, təhsil və elmi siyasət” adlı II Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransda AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d. professor İlham Məmmədzadə, institutun elmi katibi f.ü.f.d. Sevinc Həsənova və institutun beyəlxalq əlaqələr şöbəsinin müdiri f.ü.f.d. Zöhra Əliyeva məruzə ilə çıxış etmişlər.
Həmin konfransın materiallarından ibarət nəşr olunan topluda f.e.d. professor İlham Məmmədzadənin "On the philosophy of tolerance", f.ü.f.d. Sevinc Həsənovanın "Ethical bases of intercultural interaktion" və f.ü.f.d. Zöhra Əliyevanın "Khalvatiyya as a universal phenomenon of intercultural and inter-civizilation dialogue" adlı məqalələri yer alıb.

Zbornik-Varna-2019.pdf [3,72 Mb] (Yüklənib: 5)