04.02.2020, 15:00 - Baxış sayı: 778

“Yaradıcı gənclər və könüllülər” mövzusunda tədbir keçirilib


“Yaradıcı gənclər və könüllülər” mövzusunda tədbir keçirilib Bu gün Bakı Kitab Mərkəzində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsaslanan və “2 fevral Gənclər günü”nə həsr olunmuş “Yaradıcı gənclər və könüllülər” mövzusunda tədbir keçirildi.
AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək öncə Gənclər günü münasibəti ilə gəncləri təbrik etdi. Gəncliyin cəmiyyətdə aparıcı qüvvə olmasından, ölkə rəhbərliyinin gənclərə olan etimadından, onlara yaradılan şəraitdən danışdı. Gənclərin elmə gəlişinə diqqət çəkən İlham Məmmədzadə bu sahədə də son illər artımın olduğunu bildirdi. Həmçinin “Könüllülər ili” məsələsinə toxunan İlham Məmmədzadə qeyd edib ki, elm sahəsində də könüllülərin iştirak etməsi bu səhədə müəyyən nəticələrin əldə olunmasına xidmət edəcək.
AMEA Fəlsəfə İnstitutunun YAP-ın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov və Fəlsəfə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayevanın moderatorluğu ilə davam edən tədbirdə YAP Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri, BDU-nun Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Varlığını mənalandırma və özünügerçəkləşdirmə müstəvisində könüllülüyün yeri”, Fəlsəfə İnstitutunun elmi işçiləri dissertant Vüsalə Gülmalıyeva “Müasir Azərbaycan gəncliyinin formalaşmasında könüllülüyün rolu”, doktorant Toğrul Salmanzadə “Könüllülük: prinsiplər və perspektivlər”, doktorant Hafizə İmanova “Könüllülük – müstəqil düşüncəyə gedən yol” və Fəlsəfə İnstitutunun əməkdaşı Ceyran Hüseynli “Könüllülüərin vətən sevgisi” mövzusunda məruzə ilə çıxış etdilər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Aynur Veysəlova-Abbasova, Fəlsəfə İntitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli və digər iştirakçılar mövzu ilə bağlı çıxış edərək fikirlərini bölüşdülər.
Sonda İlham Məmmədzadə yekun nitqi ilə tədbiri bağlı elan etdi.
“Yaradıcı gənclər və könüllülər” mövzusunda tədbir keçirilib
“Yaradıcı gənclər və könüllülər” mövzusunda tədbir keçirilib