28.01.2020, 12:43 - Baxış sayı: 860

“Subyektin idrak prosesində özünü modelləşdirməsi: fənlərarası yanaşma” mövzusunda seminar keçirilib


“Subyektin idrak prosesində özünü modelləşdirməsi: fənlərarası yanaşma” mövzusunda seminar keçirilibAMEA Fəlsəfə İnstitutunda “İdrak nəzəriyyəsi”, “Müasir fəlsəfi problemlər” və “Məntiq” şöbələrinin “Subyektin idrak prosesində özünü modelləşdirməsi: fənlərarası yanaşma” mövzusunda birgə seminarı keçirildi.
Mövzu ilə bağlı “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov çıxış etdi. O, qeyd edib ki, riyaziyyatda formalaşmış “fraktallıq” və “multifraktallıq” anlayışlarının fəlsəfi interpretasiyası fənlərarası yanaşma çərçivəsində mümkündür: “Fraktallıq anlayışını riyaziyyatçı Benua Mandelbrot daxil edib. Fraktal obyektlər üçün xarakterik olan cəhət bütövün hissələrində özünün struktur-funksional özəlliklərini təkrar etməsidir. Multifraktallıq iki və ondan çox fraktallığın mövcud olduğu obyekt-sistemdir. Multifraktallıq bütövün struktur-funksional oxşarlığının fərqli ritmlə təkrarlanmasıdır.
Bu kimi riyazi anlamların fəlsəfi interpretasiyası fənlərarası yanaşma aspektində aktuallıq kəsb edir. Həmin tezisdən çıxış edərək, fənlərarası metodologiyanın hazırlanmasında fraktallıq və multifraktallıq anlayışlarından istifadə etmək mümkünlüyü üzərində düşünmək olar. Bu kontekstdə idrak prosesində subyektin özünü modelləşdirməsi probleminin izahında fraktallıq və multifraktallıq anlayışlarından geniş yararlanmaq mümkündür. Bunun üçün məruzəçi “multifraktal məntiq” anlayışını daxil edir. Həmin anlayışın Ressler və Çaxerin “Self” məntiqi operator-prosesi ilə bağlılığı ilə bağlılığı üzərində dayandı. Eyni zamanda, həmin problemə sinergetikada işlənən “metamüşahidəçi” anlayışı prizmasında yanaşmanın verə biləcəyi töhfələr ilə bağlı tezislər irəli sürüldü”.
Məruzədən sonra seminar iştirakçıları mövzu ilə bağlı ətraflı fikir mübadiləsi apararaq, məruzəçiyə onları maraqlandıran suallar verdilər.
“Subyektin idrak prosesində özünü modelləşdirməsi: fənlərarası yanaşma” mövzusunda seminar keçirilib
“Subyektin idrak prosesində özünü modelləşdirməsi: fənlərarası yanaşma” mövzusunda seminar keçirilib
“Subyektin idrak prosesində özünü modelləşdirməsi: fənlərarası yanaşma” mövzusunda seminar keçirilib