17.01.2020, 15:08 - Baxış sayı: 732

Fəlsəfə İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb


Fəlsəfə İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıbBu gün AMEA Fəlsəfə İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu qeyd edib. 20 Yanvar hadisələri barədə ətraflı məlumat verən İlham Məmmədzadə bildirib ki, həmin ağır günlərdə Azərbaycan xalqı birləşərək özünün iradəsini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi.
Sonra institutun əməkdaşları i.ü.f.d., Əhməd Qəşəmoğlu, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.e.d., professor Rəfiqə Əzimova, s.e.ü.f.d. Ruşan Ruşanzadə və digərləri çıxış edərək həmin gecə baş vermiş hadisələr haqqında toplantı iştiakçılarına məlumat verərək, şahidi olduqları hadisələrlə bağlı xatirələrini bölüşdülər.