16.01.2020, 11:32 - Baxış sayı: 1042

Fəlsəfə İnstitutunda “Epistemologiya nədir?” mövzusunda elmi seminar keçirilib


Fəlsəfə İnstitutunda “Epistemologiya nədir?” mövzusunda elmi seminar keçirilibAMEA Fəlsəfə İnstitutunda “Epistemologiya nədir?” mövzusunda elmi seminar keçirilib. Seminarda dörd məruzəçi - Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə, Fəlsəfə İnstitutunun şöbə müdiri f.e.d., professor Əli Abasov, f.e.d., professor Əbülhəsən Abbasov və şöbə müdiri f.e.d. Füzuli Qurbanov bu sual ətrafında məruzə ilə çıxış etdilər.
Məruzəçilər çıxışlarında müasir epistemologiyada tarixi-mədəni, obyekt-bilik, münasibətləri məsələlərinin qoyuluşu, bilik və informasiyanın epistemoloji müqayisəsi, epistemologiyanın müasir elmi idrak prizmasında mövcud izahları, müasir mərhələdə elmlərarası əlaqələrin epistemoloji aspektləri və s. tezislərlə çıxış edərək seminar iştirakçılarına epistemologiya ilə fəlsəfənin əlaqələri haqqında ətraflı məlumat verdilər. Həmçinin epsitemologiyanın elmi əsaslarına diqqət çəkərək fəlsəfi yöndən təhlil etdilər.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonra f.e.d., Adil Əsədov, f.e.d., professor Azər Mustafayev, f.e.d., professor Əlikram Tağıyev, f.e.d., professor Rəfiqə Əzimova, f.ü.f.d., Faiq Ələkbərov, f.ü.f.d. Hüseyn İbrahimov və digər çıxışçılar mövzu ətrafında müzakirə apararaq məruzəçilərə suallar ünvanladılar.
Fəlsəfə İnstitutunda “Epistemologiya nədir?” mövzusunda elmi seminar keçirilib
Fəlsəfə İnstitutunda “Epistemologiya nədir?” mövzusunda elmi seminar keçirilib